Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Talıbovun imzası dövlət sənədlərindən silinir KONKRET

Talıbovun imzası dövlət sənədlərindən silinir KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli bir sıra qərarları ləğv edilib. Bununla bağlı muxtar respublikanın baş naziri Ceyhun Cəlilov qərar imzalayıb. Məlumat üçün bildirək ki, daha əvvəl aprel ayında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli bir sıra qərarları ləğv edilib.

Xatırladaq ki, ləğv olunan qərarların əksəriyyəti həmin dövrdə muxtar respublikanın baş naziri vəzifəsində çalışan Əlövsət Baxşıyev tərəfindən imzalanıb. Ə.Baxşıyev 1994-1998-ci illərdə muxtar respublikanın maliyyə naziri, 1998-2000-ci illərdə maliyyə-iqtisadiyyat naziri, 2000-2020-ci illərdə isə baş naziri vəzifələrində çalışıb.

Qeyd edək ki, ləğv olunan qərarların hamısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun zamanında imzalanıb. Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.

Talıbovun qərarlarının ardıcıl olaraq ləğvinin arxasında nə dayanır?

KONKRET.az xəbər verir ki, “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Naxçıvanda yerli hakimiyyət dəyişdiriləndən sonra icra hakimiyyəti sistemində, parlamentdə kadrların dəyişdirilməsi ilə bərabər idarəetmə strukturunda da xeyli dəyişikliklər olub. Bu dəyişikliklərin hansı nəticələr verdiyi üzərində dayanmağa hələlik ehtiyac yoxdur, o mənada ki, ortada ciddi bir dəyişiklik hələlik hiss olunmur: “Yeni mərhələyə keçidlə bağlı bir qeyri-müəyyənlik mövcuddur. Amma Vasif Talıbovun dövründən qalmış bir sıra idarəetmə dövlət orqanlarında islahatlar, bəzilərinin ləğvi, bəzilərinin birləşdirilməsi yönündə addımlar atılır. O cümlədən də 2022-ci ildən əvvəlki dövrlərdə Nazirlər Kabinetinin verdiyi bir sıra qərarların ləğv edildiyini də biz görürük. Konkret olaraq dəqiq hansı qərarlardan söhbət getdiyini söyləmək çətindir. Çünki ən azı hələ bu barədə geniş informasiya yoxdur. Ancaq bəllidir ki, Vasif Talıbovun dövründə Naxçıvanda idarəçilik qərarları, dövlət strukturlarının təkmilləşdirilməsi, birləşdirilməsi, yenilərinin yaradılması və sair yönümdə atılan addımlar əsasən Naxçıvan Muxtar Respublikasında idarəçiliyi yerli çərçivədə əlahiddə bir formaya salmaq, Azərbaycandan daha çox ayırmaq və vahid bir dövlətin ayrılmaz hissəsi olmağına baxmayaraq, Naxçıvanda ayrıca bir əlahiddə idarəçilik sisteminin yaradılması məqsədinə xidmət edirdi. Bu nöqteyi-nəzərdən Vasif Talıbovun dövründə yaradılmış, əsası qoyulmuş bəzi dövlət idarəetmə strukturlarında islahatların aparılmasına həqiqətən ehtiyac var. O mənada ki, Naxçıvanın muxtar respublika statusunun saxlanması şərtilə həm də Azərbaycanın unitar dövlətçilik prinsipinə xələl gəlməsin”.

A.Quliyev vurğuladı ki, ancaq belə dəyişikliklərdən, qərarların ləğv olunmasından söhbət gedəndə ilk növbədə muxtar respublikanın idarəetmə komandası, Ali Məclisi, baş nazir, Prezidentin xüsusi nümayəndəsi və digər bununla bağlı Naxçıvan cəmiyyətinə açıqlamalar verilməlidir ki, camaatda suallar yaranmasın: “Bu cür prinsipial məsələlərin mediada müxtəlif istiqamətlərdə müzakirə olunmaması üçün birinci növbədə Naxçıvan Muxtar Respublikasının özünün yerli hakimiyyəti, səlahiyyətli şəxslərinin izahatı olmalıdır. Bu günə qədər Naxçıvan Ali Məclisinə sədr seçilməyib, amma buna əhalini inandıran rəsmi izahat verilməyib. Yaxud da ki, Naxçıvan Muxtar Respublikasının büdcəsi, dövlət büdcəsindən muxtar respublikaya ayırmalar bir neçə dəfə kəsilib, lakin bununla bağlı inandırıcı izahat verilməyib. Eləcə də muxtar respublikanın əvvəlki baş nazirinin qərarlarının ləğv olunması ilə bağlı təəssüf ki, ortada rəsmi izahlara rast gəlinmir. Bu da əhali arasında söz-söhbətə, çaşqınlığa gətirib çıxarır. Vasif Talıbovun dövründə işləyənlərin heç də hamısı kənarlaşdırılmayıb, onların bəziləri bu gün də vəzifədədir. Məsələn, Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov bu gün Naxçıvan Ali Məclisinin deputatıdır, həm də əvvəlki səlahiyyətlərini, bildiyimə görə, qeyri-rəsmi olaraq icra edir. Ramiz Məmmədovun bu qərarların çoxundan xəbəri var. Hansı qərar niyə verilib və bu gün niyə ləğv olunub? Bu cür suallarla bağlı Ramiz Məmmədov daha müfəssəl açıqlamalar verə bilər ki, cəmiyyətdə də aydın təsəvvür yaransın. Yaxud muxtar respublikanın baş naziri olmuş şəxs açıqlamalar verməlidir. Muxtar respublikanın hazırkı baş naziri belə qərarları imzalayanda mütləq şəkildə cəmiyyətə izahlar verilməlidir ki, suallar yaranmasın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri