Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Tallində kəşfiyyatçılarla gizli görüş: Paşinyanın planı nədir?

Tallində kəşfiyyatçılarla gizli görüş: Paşinyanın planı nədir?

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nazim Cəfərsoy: “Estoniyada Türkiyə-Ermənistan və Azərbaycan məsələsinin müzakirə olunduğu şübhəsizdir”

Bu günlərdə Estoniyada rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Tallində iki ölkənin kəşfiyyat lideri ilə gizli görüş keçirib. Bu iddia ilə erməni “Hayeli Armenia” və bir neçə “Telegram” kanalı çıxış edib. Bildirilib ki, Paşinyan Tallindəki “Radisson” otelinin qapalı zalında Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın və Britaniya kəşfiyyatının rəhbəri Riçard Murla gizli görüş keçirib.

Görüşün detalları ilə bağlı heç bir rəsmi məlumat açıqlanmayıb. Rəsmi İrəvan görüşlə bağlı iddialara münasibət bildirməyib.

Paşinyanın iki ölkənin kəşfiyyat rəhbəri ilə gizli görüşü bir çux suallar yaradır. Analitiklər güman edirlər ki, görüş zamanı əsasən Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpası, sərhədlərin açılması məsələsi müzakirəyə çıxarılıb. Eyni zamanda, Azərbaycanla sülh sazişi mövzusunun da kəşfiyyatçılarla masaya qoyulduğu ehtimallar arasındadır.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran siyasi elmlər doktoru, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy deyib ki, bu məlumatın nə qədər doğru olub-olmadığı bəlli deyil:

- Bəzən belə məlumatlar manipulyativ olur ki, bu da təhlil imkanlarını azaldır. Əgər belə bir görüş keçirilibsə və mətbuata məlumat sızdırılıbsa, bunun özü də maraqlıdır. Kəşfiyyat orqanlarının rəhbərləri ilə gizli görüşlər onlar istəmədiyi halda mətbuata sızdırılmır. Əgər kəşfiyyat gizli görüşü bilərəkdən sızdırmırsa, amma mətbuat bu haqda yazırsa, demək ki, bu, ciddi uğursuzluqdur. Bu xəbəri Rusiya kəşfiyyatı da sızdıra bilər ki, bu, mümkündür. Burada məqsəd erməni müxalifətini ayağa qaldırmağa hesablana bilər.

Maraqlı məqamlardan biri də odur ki, Paşinyanın Türkiyə və Britaniya kəşfiyyatının rəhbəri ilə Tallində görüşü barədə məlumat yayıldıqdan sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Britaniyanın dövlət naziri arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı Bakı ilə İrəvan arasında sülh prosesi, münasibətlərin normallaşması müzakirə olunub. Bu təsadüfdürmü? Siyasətdə təsadüflərin olmasının özü ayrıca müzakirə mövzusudur.

- Əgər görüş baş tutubsa, nələrin müzakirə olunduğunu ehtimal etmək olar?

- Burada iki məqam var. Birincisi, əlbəttə, Estoniyada Türkiyə-Ermənistan və Azərbaycan məsələsinin müzakirə olunduğu şübhəsizdir. Burada Britaniyanın daxil olması bir neçə konyuktura ilə bağlıdır. Paşinyanın da öz maraqları var. Ermənistan Britaniya üzərindən ABŞ-ın yeni Prezidenti Donald Tramp adminstrasiyası ilə münasibətləri tənzimləmək və Vaşinqtonun diqqətini bölgəyə çəkməyə çalışır. Həmçinin nəzərə almaq lazımdır ki, bir müddət əvvəl Murun özü Ermənistana səfər etmişdi. Ola bilsin ki, İrəvanda müəyyən alver olub ki, Tallindəki görüş prosesin davamıdır. Ümumiyyətlə, Mur son dövrlərdə həm Türkiyədə, həm Ermənistanda, həm də Azərbaycanda səfərdə olub. Ola bilsin ki, əvvəlki müzakirələrin davamı Tallində keçirilib, yaxud da, əvvəlki müzakirələrin nəticələrinin yenidən masaya qoyulmasına ehtiyac yaranıb. Təbii ki, ana xətt İrəvanın Bakı və Ankara ilə münasibətlərinin tənzimlənməsidir.

Eyni zamanda, Paşinyan hakimiyyətdə qalmaq üçün səylər göstərir. İndi Paşinyan Avropa üçün də, ABŞ üçün də Ermənistan hakimiyyətinin başında dayanan ən münasib şəxsdir. Paşinyan isə bunu anlayır, amma həm də onu başa düşür ki, Rusiya amili var. Məlumdur ki, bugünkü geosiyasi konyukturada Avropa effektiv deyil. Uzağa getmək lazım deyil, Avropanın Gürcüstandakı proseslərə təsir imkanları göz önündədir. Ona görə də, Paşinyan Avropaya, yəni Qərbə Rusiya ilə münasibətləri loyal saxlamağın vacibliyini çatdırır. Çox güman ki, Paşinyan görüşdə bu məsələni də gündəmə gətirib. Ermənistan liderinin Rusiyaya səfər qərarının da təsadüf olmadığını düşünürəm. Paşinyan getdikcə həssaslaşan geosiyasi vəziyyətdə Moskva ilə məsələləri balanslaşdırmağa çalışır.

- Ümumiyyətlə, Paşinyan Tallində Rusiya əleyhinə bəyanat vermədi, əksinə, lehinə görünən fikirlər səsləndirdi...

- Mən dediyim də məhz bu məsələdir. Aydındır ki, Estoniya Avropada anti-Rusiya mövqeyi nümayiş etdirən və Rusiya ilə məsafə saxlayan ölkədir. Ermənistanın Baş nazirinin belə bir ölkədə gedib deməsi ki, “biz Rusiya ilə münasibətlərimizdə balansı gözləyirik, Moskva ilə münasibətlərin gərginləşməsində maraqlı deyilik”, prosesin hansı istiqamətə getdiyini ehtimal etməyi asanlaşdırır.

- Erməni müxalifəti və analitikləri hesab edirlər ki, Ermənistanın yanında sonadək dayanan xarici tərəfdaşı yoxdur. Bu iddia nə qədər doğrudur və Paşinyanın Tallinə səfəri, orada başqa iki ölkənin kəşfiyyat rəhbərləri ilə görüşməsinin bununla nə qədər bağlılığı var?

- Bu, bir qədər Paşinyana müxalif mövqeli insanların onu nüfuzdan salmasına hesablanan bir təhlil kimi görünür. Günümüzün reallığı onu tələb edir ki, liderlər manevr edə bilməlidirlər. Paşinyanın 7 illik hakimiyyətinin xarici siyasəti onu göstərir ki, o manevr qabiliyyəti olan siyasətçidir. Belə bir siyasətçi həm ABŞ, həm Avropa, həm Çin, həm də Rusiya, İran üçün uyğun fiqurdur. Çünki belə fiqurlara zaman-zaman həmlə etmək olur. Açıqcası, Paşinyanın birmənalı şəkildə küncə sıxışdırıldığını deyə bilmərəm. Sabah gedib Moskvada danışıqlar aparar, yeni kontekst ortaya çıxa bilər. Yaxud da, Çinlə danışıqlar apara bilər ki, yeni məsələlər meydana çıxar.

Bir məsələni də qeyd edim ki, Paşinyanın özünün Estoniyaya səfəri, Ermənistan Prezidentinin isə həmin vaxt Gürcüstan Prezidenti ilə görüşməsi təsadüfi deyil. Estoniya da, gürcüstan da daxildə ciddi reformlar həyata keçirmiş ölkələrdir. Paşinyan həm də qarşıdakı seçkilərdə atacağı həmlələrlə maraqlanır, indidən reformlarla bağlı təcrübəsini artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://ayna.az
archiveBu xəbər 01 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri