“Tamstore” 100 cü marketini açdı
Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Tamstore” supermarketlər şəbəkəsi 100-cü filialını istifadəyə verib.
Şirkətin məlumatına görə, “Binəqədi” adlanan yeni super formatlı market avqustun 25-dən müştərilərə xidmət göstərməyə başlayıb. Filial Binəqədi rayonu, Bineyi Qazi küçəsi 7C ünvanında yerləşir.
“Tamstore” 100-cü marketinin açılışı münasibətilə 25–26 avqust tarixlərində şəbəkənin bütün filiallarında xüsusi kampaniya keçirir. Kampaniya çərçivəsində 100 adda məhsul üzrə “2-cisi pulsuz” təklifi tətbiq olunur. Bundan əlavə, yüzlərlə məhsul 50 faiz endirimlə satışa çıxarılıb.
Şirkət bildirib ki, kampaniyaya daxil olan məhsullar məhdud saydadır və təklif ehtiyatlar bitənədək qüvvədə olacaq. Daha çox müştərinin endirimlərdən yararlanması üçün hər məhsuldan yalnız bir ədəd almağa icazə verilir.
Qeyd edək ki, yeni filialın istifadəyə verilməsi ilə “Tamstore”un Azərbaycandakı marketlərinin sayı 100-ə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Avqust 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















