Tanınmış aktyor Sənan Əlləz Beynəlxalq “Avrasiya” kinofestivalında Azərbaycanı təmsil etdi
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 24-dən Qazaxıstanın Almatı şəhərində XVII Beynəlxalq “Avrasiya” kinofestivalı keçirilir.
Newscenter.az xəbər verir ki, bu kinofestivalda 15-dən çox ölkədən kino xadimləri iştirak edir.
Builki kinofestivala üç qitəni təmsil edən 12 film daxildir. Avropa, Asiya və Yaxın Şərqdən olan rejissorlar ölkələrin zəngin mədəni irsini əks etdirən ən yaxşı filmləri festivala təqdim ediblər. Müsabiqə proqramına Banqladeş, Cənubi Koreya, Avstriya, Qətər və digər ölkələrin filmləri daxildir.
Bu festivalda Azərbaycanı tanınmış aktyor, Azərbaycan aktyorlar agentliyinin siması Sənan Əlləz təmsil edir. Tanınmış aktyorumuz Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və Qazaxıstan Mədəniyyət Nazirliyinin dəvəti ilə bu kinofestivala qatılıb.
Xatırladaq ki, Azərbaycan aktyorlar agentliyinin siması olan Sənan Əlləz çoxsaylı filmlərdə rol alıb.
Sənan Əlləz “Şeyx Sənan” çoxseriyalı bədii filmində “Şeyx Sənan” rolunda, “Köşk” bədii filmində baş rolda, “Tağıyev” bədii filmində isə baş rollardan birini oynamaqla kinosevərlərin rəğbətini qazanıb. Yaxın günlərdə isə tanınmış aktyorumuz Rusiya istehsalı olan “Konstantinapol-izqoi” seriyalında baş rollardan birini oynamaqla rusiyalı kinosevərlərin də sevimlisinə çevrilib.
Bu mövzuda digər xəbərlər:Tanınmış aktyor Sənan Əlləz Beynəlxalq “Avrasiya” kinofestivalında Azərbaycanı təmsil etdi FOTOLAR (VİDEO)
25 Noyabr 2024 12:32
Tanınmış aktyor Sənan Əlləz Beynəlxalq “Avrasiya” kinofestivalında Azərbaycanı təmsil etdi FOTO/VİDEO Yeni Çağ Media
25 Noyabr 2024 11:56
Sənan Əlləz Özbəkistanda “prokuror” oldu VİDEO/FOTOLAR
11 İyul 2025 11:05
BMM Azərbaycanı beynəlxalq festivalda təmsil edir
29 Noyabr 2025 12:02
Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib
19 Noyabr 2024 17:55
Baxış sayı:79
Bu xəbər 25 Noyabr 2024 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















