Icma.az
close
up
RU
Tanınmış cərrahonkoloq: “Bu, yeni metoddur və Qafqazda ilk olaraq biz icra etmişik” MÜSAHİBƏ

Tanınmış cərrahonkoloq: “Bu, yeni metoddur və Qafqazda ilk olaraq biz icra etmişik” MÜSAHİBƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Sirr deyil ki, müasir sivilizasiyanın inkişafı bir sıra hallarda artıq ətraf mühitin həddindən artıq kimyəvi, bioloji və fiziki çirklənməsinə səbəb olub. 

Xüsusilə, atmosferə, torpağa, bitki örtüyü və okean sularına 100 mindən çox müxtəlif kimyəvi birləşmələr daxil olur. Bu, həm insan sağlamlığına birbaşa mənfi təsir göstərir, həm də təbii mühitin dəyişməsi ilə əlaqədar dolayı təsir göstərir. Nəticədə təbii mühit insanların ona etdiyi dəyişiklikləri idarə edə bilmir. 

Bir çox yerli və əcnəbi mütəxəssisin qənaətincə, insan orqanizminin böyümə və inkişafına, bir sıra xəstəliklərin baş verməsi və coğrafiyasına, həmçinin xəstəliyin gedişatına və nəticələrinə təsir edən ən mühüm təbii amillərdən biri iqlimdir. Ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması məsələləri əsrin problemidir və onun düzgün və vaxtında həllindən təkcə indiki deyil, həm də gələcək nəsillərin sağlamlığı və rifahı asılıdır.

“Cebheinfo.az”-ın iqlim dəyişmələri və ekoloji çirklənmə insanların xərçəng xəstəliyinə düçar olmasına, bu xəstəliyin müalicəsinə nə dərəcədə təsir göstərdiyi barədə Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədr müavini, cərrah- onkoloq Elgün Səmədovla müsahibəsini təqdim edirik:

-Doktor, bəzi mənbələrdə belə fikirlə rastlaşırıq ki, mədə xərçəngi şiş xəstəlikləri arasında ən çox rast gəlinir. O, xərçəng xəstəlikləri arasında 5-ci, insan ölümünə səbəb olan xərçəng xəstəlikləri arasında üçüncü yeri tutur. Siz bu mülahizələri necə izah edərsiniz?

-Bu sualınızın cavabını şərh edərkən öncə son illərə aid bəzi statistik rəqəmləri diqqətə çatdırmaq, zənnimizcə daha məqsədəuyğun olar. Əvvəlcə onu qeyd edək ki, xərçəng nəzarətsiz hüceyrələrin yayılması və toxuma infeksiyası ilə xarakterizə olunan mürəkkəb bir xəstəlikdir. Tədqiqatçılar son illərdə xərçəngə səbəb olan bir çox molekulyar mexanizmlər və siqnal kaskadlarını aşkarlayıblar. 

Dünya miqyasında mühüm ictimai sağlamlıq problemi kimi dəyərləndirilən bu xəstəlik ölüm nisbətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Mövcud məlumatlara görə, 2017-ci ildə xərçəngin müxtəlif növləri ilə bağlı qlobal ölüm nisbəti təxminən 9,6 milyon nəfər olub. 2013-2017-ci illər ərzində hər il 100.000 nəfərə düşən xərçəngdən ölüm hallarının sayı ilə ölçülən xərçəngdən ölüm nisbəti həm kişilər, həm də qadınlar üçün 158,3 olaraq qeydə alınıb. 

Qlobal səviyyədə diqqətə çatdırılan statistik məlumatlardan görürük ki, xərçəng 2020-ci ildə təxminən 10 milyon insanın ölümünə səbəb olub ki, bu da bildirilən ümumi ölüm sayının təxminən 1/6-ni təşkil edir.

2020-ci ildə rast gəlinmə baxımından ümumi xərçəng növləri döş xərçəngi, ağciyər xərçəngi, kolon və düz bağırsaq xərçəngi, prostat xərçəngi, melanoma olmayan dəri xərçəngi və mədə xərçəngi olub. 

Ötən il Amerika Xərçəng Cəmiyyəti (American Cancer Society) başa çatmaqda olan 2024-cü il üçün ABŞ-da təxminən 2.001.140 yeni xərçəng xəstəliyinə düçar olmanın və 611.720 xərçəng ölümünün olmasını proqnozlaşdırıb.

Hesablamalar göstərir ki, erkən mədə xərçəngi cərrahiyyəsində 5 illik sağ qalma nisbəti 90%-dən çox ola bilər. Buna görə, mütəxəssislər mədə xərçənginin erkən diaqnostikası üçün üsulları təkmilləşdirməyə çalışırlar. 

Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, erkən mədə xərçəngi olan xəstələrin əksəriyyətində aşkar simptomlar yoxdur və ya ürəkbulanma, qusma kimi yuxarı mədə-bağırsaq traktının digər xəstəliklərinin simptomları şəklində özünü biruzə edir. Son illərdə mədə xərçənginə yoluxma və ölüm halları azalsa da, həm aşkarlanma dərəcəsi, həm də proqnozlaşdırılması qənaətbəxş hesab olunmur.

-Həm elmi araşdırmalarda, həm də xarici media mənbələrində yer alan informasiyalardan belə qənaətə gəlirik ki, ağır metallar nəinki mədə xərçənginin yaranmasına ciddi təsir göstərirlər, eyni zamanda mədə xərçəngi xəstələrində müxtəlif ağır metalların səviyyəsinin yüksəlməsi müşahidə olunur. Bunu Nyutonun üçüncü qanununa əsaslanaraq “təsir və əks- təsir həmişə cüt meydana gəlir” mülahizəsi şəklində qiymətləndirə bilərikmi?

-Yuxarıda qeyd etdiyimiz kimi, ksenobiotiklər, xüsusilə ağır metallar və onların mədə xərçənginə səbəb ola bilmə qabiliyyəti arasında əlaqə öz elmi təsdiqi tapıb. Ağır metallara məruz qalma mədənin selikli qişasının struktur bütövlüyünə və onun qoruyucu fəaliyyətinə mənfi təsir göstərir. Nəticədə mədə xərçənginə həssaslığı artıran bir sıra vəziyyəti qarşıya çıxarır.

Xarici ölkələrdən həmkarlarımızın apardıqları araşdırmalarda çoxsaylı yemək borusu və mədə xərçəngi toxuması nümunəsində Zn, Cr, Mn, Sn, Cu, Pb, Al və Fe səviyyələri araşdırılıb. Bu nəticələr sağlam toxumaların nəticələri ilə müqayisə edilib. Bu araşdırmaların mütləq əksəriyyətində Zn, Cr və Sn-də xərçəngli və sağlam toxumalar arasında əhəmiyyətli fərqlər aşkarlanıb. Qadın və kişi pasiyentlər arasında habelə ağır metalların səviyyələrində nəzərə çarpan ciddi fərqlər müşahidə olunub. 

Mövcud ədəbiyyatda şişləri olan xəstələrin bioloji nümunələrində ağır metal səviyyələrinin artdığına dair kollektiv konsensus mövcuddur. Bununla belə, bu birləşmə üçün genotoksiklik, oksidləşdirici stress və DNT təmirinin inhibisyonu kimi bir neçə mexanizm təklif olunsa da, ədəbiyyatda əlavə tədqiqat tələb edən bilik boşluqları mövcuddur.

-Doktor, bu gün dünya alimləri yaşıl səhiyyə, yaşıl cərrahiyyə istiqamətində fundamental tədqiqatlar aparır, müxtəlif xəstəliklərin müalicəsində ekoloji dayanıqlı səhiyyə siyasətinin prioritetlərinə diqqət ayırırlar. Mədə xərçənginin müalicəsində yaşıl cərrahiyyənin verə biləcəyi uğurlu nəticələri necə dəyərləndirirsiniz?

-Bu gün biz mədə xərçənginin müasir cərrahi üsullarından sayılan İCG (“indosianin yaşıl”) adlı yeni metoddan istifadə edirik. Bu, yeni metoddur və Qafqazda ilk olaraq biz icra etmişik. İCG-nin bir sıra üstün cəhətləri var. Məsələn, zədələnmiş limfa düyünlərini aşkar etməkdə çox böyük həssaslığa malikdir. Bu yolla edilən əməliyyat xəstələrin sonrakı onkoloji proqnozuna da müsbət təsir göstərir. Digər bir üstünlüyü isə əməliyyat müddətinin qısaldılmasıdır. Yəni daha öncə laporoskopik əməliyyatlarımız 3-4 saat çəkirdisə, indi 2,5-3 saata başa çatır.

-Yəni xərçənglə mübarizədə müasir elmi innovativ yenilikləri yaxından iştirak edir?

-Bəli, yaşıl cərrahiyyə müasir tibb elminin və dayanıqlı səhiyyənin qlobal prioritetinə çevrilir. İnsan sağlamlığı yaşıl nanotexnologiya tədqiqatının mühüm fundamental sahəsidir. 

Mütəxəssislər xərçəng cərrahiyyəsi üçün ekoloji cəhətdən təmiz beş tövsiyə təklif edirlər. Bunlara əməliyyat otaqlarında tullantıların azaldılması və çeşidlənməsi, birdəfəlik tibbi məhsulların utilizasiyası, ekoloji cəhətdən təmiz satınalma, enerjinin idarə edilməsi və əczaçılıq tullantılarının idarə edilməsi daxildir. Bu nöqteyi-nəzərdən, tibb ictimaiyyəti əmindir ki, cərrahiyyə şöbələrində ekoloji cəhətdən təmiz təcrübələrin tətbiqi son dərəcə vacibdir.

“Cebheinfo.az”
 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri