Icma.az
close
up
RU
Tanınmış həkim: “Deyirlər ki, COVID 19 vaksini camaatı qırır”

Tanınmış həkim: “Deyirlər ki, COVID 19 vaksini camaatı qırır”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Azərbaycanda gənc yaşda insanların qəfil vəfat etməsi cəmiyyətdə narahatlıq yaradır. 

Sağlam, heç vaxt səhhətindən şikayət etməyən şəxslərin belə qəfil dünyasını dəyişməsi insanlarda bir çox suallar yaradır. Keçən günlərdə Ağstafada 43 yaşlı musiqi müəllimi, dünən isə Xaçmazda 42 yaşlı ibtidai sinif müəllimi qəfil dünyasını dəyişib. Bundan əvvəlki günlərdə də 40 yaş kişinin qəfil ölümü xəbərlərdə yer alıb. 

Qeyd edək ki, sentyabr ayında Əməkdar artist Cabir İmanovun qəfil ölümü də ictimaiyyətin diqqətini çəkmişdi. Bəziləri qəfil ölüm hallarını COVID-19 vaksinləri ilə əlaqələndirir, vaksinin illər sonra öz fəsadlarını göstərdiyin bildirir. Bu kimi fikirlər vaksin vurduran vətəndaşlar arasında şübhə yaradır. 

Qəfil ölümlərin artması vaksinlə hansısa formada  əlaqəlidir? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən həkim Rasif Bağırov bildirib ki, COVID-19 vaksini ilə bağlı bədəndə nələr baş verə biləcəyi barədə yanlış fikirlər əhali arasında əvvəldən yayılıb. Bu təbliğat xüsusilə bəzi Şərq və müsəlman ölkələri tərəfindən geniş şəkildə aparılıb və heç bir elmi əsaslı məntiqə söykənmir. Buna görə də bəzi insanlar hələ də düşünür ki, COVID-19 vaksini camaatı qırır. 

Amma əslində belə deyil. Ölkəmizdə insanların qəfil ölüm səbəbi əsasən onların həyat tərzi ilə bağlıdır. Məsələn, bir çox insan çörəkpulu üçün həftə boyu gecə növbəsində işləyir. Bu, orqanizmin təbii ritminin pozulması deməkdir və ürək-damar sistemində ciddi problemlərə yol aça bilər”. 

Həkim qeyd edib ki, uzun iş saatı insan orqanizminə mənfi təsir göstərən əsas amillərdəndir: 

“Həm dövlət, həm də özəl sektorda işləyənlərin 90%-i gündə 12 saatdan çox işləyir. Uzun iş saatları hormonal sistemin pozulmasına, orqanizmin müqavimət qabiliyyətinin azalmasına və zərərli maddələrin orqanizmdə yığılmasına səbəb olur. Bu da emboliya və trombların əmələ gəlməsinə və nəticədə qəfil ölümlərə gətirib çıxara bilər. 

Bir çox insan isə bu riskləri qabaqcadan görüb həkimə müraciət etmir, fikirləşir ki, “keçər, gedər”. Nəticədə gecikmiş hallarda qəfil ölümlər baş verir. Belə insanlar kifayət qədər çoxdur. Buna görə də qəfil ölümlərlə bağlı COVID-19 vaksininin “günah keçisi” kimi göstərilməsinin heç bir mənası yoxdur”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: COVID-19 vaksin Rasif Bağırov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri