Icma.az
close
up
RU
COVID 19 qəfil ölümlərin sayını artırıb? HƏKİM DANIŞDI

COVID 19 qəfil ölümlərin sayını artırıb? HƏKİM DANIŞDI

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son aylarda ölkədə ürək-damar xəstəlikləri və qəfil ölümlərin artması ciddi narahatlıq doğurur.

Xüsusilə ictimai nəqliyyatda, küçədə və ya iş prosesində baş verən qəfil ürək tutmaları məsələnin təhlükəli hal aldığını göstərir. Belə hallardan biri də dünən baş verib. Saat 13 radələrində Bakının Müstəqillik küçəsində 10 saylı marşrut xəttinə məxsus avtobusda bir sərnişin qəfil vəfat edib.

Hadisə zamanı dünyasını dəyişən şəxsin 1968-ci il təvəllüdlü paytaxt sakini İbrahim Sabir oğlu Əliyev olduğu müəyyənləşdirilib. İlkin məlumata görə, o, ürək çatışmazlığı səbəbindən həyatını itirib.

Son dövrlərdə ürək problemlərinin artması isə insanların gündəlik sağlamlığına daha çox diqqət yetirməsinin vacibliyini göstərir.

Son ilər ürəklə bağlı problemlərin və qəfil ölümlərin artmasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən həkim-kardioloq Gülanə Ağayeva bildirib ki, ürək-damar xətəliklərinin artmasına bir sıra faktorların təsiri var:

“Son illərdə ürək-damar xəstəlikləri, miokard infarktı (ürək tutması) və qəfil ölümlərin artması insanlarda ciddi təşvişə səbəb olur. Bunun bir sıra səbəbləri var. Yaşam tərzimiz əvvəlki illərə nisbətən dəyişib: hərəkətsizlik, stress, yüksək kalorili qidalar və piylənmə ürək xəstəliklərinin ciddi şəkildə artmasına gətirib çıxarıb.

Bundan əlavə, hipertoniya, şəkər xəstəliyi və xolesterinin yüksəlməsi kimi risk faktorları gənc yaşlarda daha çox görünməyə başlayıb. COVID-19 infeksiyası  isə insanlar arasında miokardit hallarının, eləcə də damar zədələnməsi və ritm pozğunluğu kimi xəstəliklərin artmasına səbəb olub. 

Əlavə risk faktoru isə anadangəlmə ürək xəstəlikləridir ki, bu da uzun müddət simptom vermədən irəliləyə və qəfil ölümlərlə nəticələnə bilər”.

O qeyd edib ki, insanın ürəyində problem olduğunu göstərən bəzi əlamətlər var:

“Bunlar fiziki hərəkət zamanı sinədə ağrı, təzyiq, tez yorulma, tənəffüs çətinliyi və nəfəs darlığı kimi əlamətlərdir. Bəzi hallarda isə ürək döyüntüsünün artması, ritm pozğunluğu, ayaqlarda şişkinlik və gecələr yuxuda nəfəs darlığı kimi simptomlar ürək xəstəliklərinin əlamətləri ola bilər.

Profilaktika üçün ilk növbədə vaxtında icra olunan müayinələr və ürəyin sağlam olduğunu yoxlamaq vacibdir.

Bundan əlavə, sağlam qidalanma, düzgün həyat tərzi, fiziki aktivliyin artırılması, stressin azaldılması və qidalanmanın düzgün qaydada tənzimlənməsi ürək xəstəliklərinin və digər xəstəliklərin risk faktorlarını azaltmağa və sağlam olmağa kömək edir”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Qəfil ölümGülanə Ağayeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri