Tanınmış jurnalistlərə yüksək vəzifə verildi Foto KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə bir sıra kadr dəyişiklikləri həyata keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bir müddət əvvəl Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.
Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.
H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İnformasiya Proqramları redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 2021-2025 illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” da baş direktorun katibliyində PR və KSM layihələr icra edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















