Tanınmış klub prezidenti 15 oyunluq cəzalandırıldı
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Fransanın "Marsel" klubunun prezidenti Pablo Lonqoriya 15 oyunluq cəzalandırılıb.
Bakıvaxtı.az Fransa Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna klub rəhbərinin etikanı pozan, futbolun imicinə xələl gətirən təhqiramiz ifadə və davranışlara yol verməsi səbəb olub.
Fransa çempionatının XXIII turunda "Oser"lə matçda (0:3) qırmızı vərəqə alan "Marsel"in futbolçusu Derek Kornelius meydandan qovulduqdan sonra prezident görüşün hakimi Ceremi Stinata "korrupsiya, əsl korrupsiya" deyə qışqırıb.
İspaniyalı funksioner Fransa çempionatının cari mövsümündə komandasının qalan bütün oyunlarını buraxacaq. O, həmçinin növbəti mövsümdə də bəzi matçlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Marsel" Fransa çempionatında 23 turdan sonra 46 xalla ikinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 27 Fevral 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















