Icma.az
close
up
RU
Tanınmış memardan deputata dəstək: Qarabağda tikilən evlər elə bil hərbi kazarmadır

Tanınmış memardan deputata dəstək: Qarabağda tikilən evlər elə bil hərbi kazarmadır

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Milli Məclisin 30 may tarixində keçirilən iclasında deputat Razi Nurullayev təklif edib ki, Qarabağda vətəndaşlara öz evlərini tikməyə icazə verilsin.

Qeyd edək ki, deputatın bu təklifi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Şəhərsalma memarı, professor Cahid Həsənov da Redaktor.az-a açıqlamasında Razi Nurullayevin təklifini bəyəndiyini bildirdi.

"Razi müəllimin bu çıxışı çox gözəl və vaxtında idi. Hansı ki, Azərbaycan memarları olaraq biz uzun müddətdir demək istəmişik. Tribuna baxımından onun sözü daha üstün səslənir. Burada peşəkar memar mütəxəssisi kimi deyə biləcəyim üç yaxşı hadisə ola bilər.

Razi müəllim bunlardan birini dedi: dövlətdən az vəsait alınsın və həmin vəsait birbaşa bu işlə məşğul olan adamlara verilsin. Necə ki, söküntülərdə kvadratmetrə görə kompensasiya verilir, burada da bu cür olmalıdır. İnsanlar aldıqları pulun üstünə öz imkanlarını da əlavə edib, necə istəyirlərsə elə də ev tikə bilərlər. Bu, maddi baxımdan ölkəyə də xeyir verə bilər.

İkinci məsələ isə ondan ibarətdir ki, bir kənddə 300, 500, 1000 yaşayış evinə bir layihə işlənir və ondan 500-ü də eyni şəkildə tikilir. Kəndə gedirsən, elə bil hərbi kazarmadır. Hotelə bənzəyir. Şəhərsalma və memarlıq qanunlarına görə — hansı ki, bu günə qədər də belə olub və belə də olmalıdır — 500 nəfərlik yaşayış yerində 500 fərqli ev olmalıdır. Yəni evlər fərdi şəxslərə verilsə, hər biri öz zövqünə uyğun olaraq fərqli memar, fərqli dizayner gətirəcək. Biri istəyəcək eyvanı böyük olsun, biri kiçik. Biri aynabənd istəyəcək, biri şüşəbənd. Biri çay daşından, digəri kərpicdən ev tikmək istəyəcək. Nəticədə bir kənddə 500 ev bir-birindən fərqli olacaq və bu da vəhdət təşkil edəcək. Bu, həm yerli qonaqlar, həm də turistlər üçün böyük zövqverici bir amilə çevriləcək. Kənddə 300-500 evin hər birinin öz formatında olması çox gözəl görüntü yaradacaq", - deyə mütəxəssis vurğuladı.

C.Həsənov hesab edir ki, şəhərsalma baxımından şəhərin estetik tərtibatı "kazarma, hotel" anlayışından çıxıb, əsl kənd anlayışına keçməlidir:

"Üçüncü amil isə budur: bir kənddə tikilən 500 evə 500 memar, dizayner, mühəndis, qapı-pəncərə ustası və s. cəlb olunur. Təsəvvür edin ki, hər kəndə 500 memar və usta cəlb edilsə, bunu onlarca kəndə tətbiq etsək, bu, hal-hazırda işsiz olan minlərlə memar, mühəndis, usta və sənətkarın işlə təmin olunması deməkdir. Halbuki, hazırda bir kənd üçün az sayda işçi ilə bir layihə hazırlanır və nəticədə həmin kənd "şəhər kazarmasına" çevrilir.

Bu üç amili bir mütəxəssis kimi deyirəm. Köhnə memarlarımız dünyasını dəyişib, şəhərsalma sahəsində cəmi 2-3 memar qalmışıq. Bu kontekstdə iş davam etməlidir. Gəlin, kənd həyatından "kazarma" anlayışını çıxaraq. Əsl kənd həyatını tərənnüm etdirək. Digər tərəfdən isə, bu cür yanaşma minlərlə sənətkar və dülgərin işə cəlb olunması deməkdir. Belə olan halda, hər biri öz yaradıcılığını, öz təfəkküründəki ideyanı həyata keçirəcək. O kəndə girən insan elə biləcək ki, muzeyə daxil olur".

Müsahibimiz memarlığın vəziyyətini obrazlı şəkildə belə izah etdi.

"Təsəvvür edin ki, bir kəndə girirsiniz və orada 2-3 min adam yaşayır. Hamısı eyni boyda, eyni rəngdə köynək, şalvar, eyni ayaqqabı geyinib. Sizcə bu, kəndə bənzəyər, ya hansısa zavodun işçilərinə? Evlər üçün də vəziyyət eynidir.

Razi müəllimin maddi tərəfdən dediyi daha qlobal işlər var. Qoy, kompensasiyalar verilsin, həmin şəxslər 50 min manatı hökumətdən alsın, üstünə 50 min də özü qoyub daha yaxşı ev tiksin. İmkanı olan 100 min qoyub, daha yaxşı məsələn, şəbəkəli ev tikəcək. Daha gözəl görsənəcək. Yoxsa eyni ölçüdə pəncərə, eyni rəngdə boya, eyni dam... Bu, cizgi filmi deyil, memarlıqdır",- deyə Cahid Həsənov vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri