Tanınmış rusiyalı farmakoloq: Reklamlara aldanmayın, bu preparatların təsiri yoxdur
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Koronavirusun epidemiyası insanlar və hətta bəzi mütəxəssislər arasında virusəleyhinə və immunomodulyatorlara olan marağı artırıb.
Bəzi farmasevtik şirkətlər bundan istifadə edərək bu preparatların koronavirusa qarşı effektli olduğunu bəyan ediblər.
Tanınmış rusiyalı farmakoloq Aleksandr Xacidis Rusiya KİV-lərinə müsahibəsində 2 belə preparat haqqında məlumat verib.
Saglamolun.az bildirir ki, onlardan biri “kaqosel”dir. Bu preparat immunomodulyator sayılır. Maraqlıdır ki, əvvəllər bu preparat hamiləlik əleyhinə dərman kimi istifadə olunurdu.
İmmunomodulyatorlar ümumiyyətlə az öyrənilmiş və effektivliyi sübut olunmamış preparatlar sinfidir. ABŞ və Avropada kaqosel və ona oxşar preparatlar istifadə olunmur.
Digər preparat “arbidol”dur. Bu virus əleyhinə preparat dərman kimi qeydiyyətdən keçməyib, onun effektivliyi və təhlükəsizliyi isə tam sübut olunmayıb.
Tanınmış farmakoloq həmçinin qeyd edib ki, immun sisteminə təsir etmək, immunitetə “qarışmaq” çox təhlükəlidir və bunu yalnız istisna hallarda, bəzi çox ağır xəstəliklər zamanı etmək lazımdır. Bütün digər hallarda bu yolverilməzdir.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 15 Noyabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















