Icma.az
close
up
RU
Tanınmışlar SOSİAL ŞƏBƏKƏLƏRDƏ Nə qədər vaxt KEÇİRİRLƏR? SORĞU

Tanınmışlar SOSİAL ŞƏBƏKƏLƏRDƏ Nə qədər vaxt KEÇİRİRLƏR? SORĞU

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bir vaxtlar yalnız ünsiyyət vasitəsi kimi istifadə olunan telefonlar, bu gün müxtəlif platformalar sayəsində xəbər mənbəyi, əyləncə mərkəzi, hətta gəlir rolunu oynayır. Lakin bütün bunlar insanı real həyatdan uzaqlaşdırmaqla yanaşı, vaxtını da alır.
Beynəlxalq araşdırmalara görə, dünya üzrə internet istifadəçiləri gündə ən az 3-4 saat vaxtlarını sosial şəbəkələrdə keçirirlər.
Bəs görəsən tanınmışlar sosial şəbəkələrdə nə qədər vaxt sərf edirlər?
Əslində istər mədəniyyət, istərsə də ədəbiyyat sahəsinin öndə olan insanları üçün sosial şəbəkələr paylaşma və tanıtma baxımından çox vacibdir. Düzdür,  məşhurların əksəriyyəti sosial hesablarını peşəkar SMM komandalarına həvalə edir. Amma Facebook və TikTok platformalarında kifayət qədər reels edən, canlı açan, qısa videolar paylaşan tanınmış şəxsləri görmək mümkündür.
Bizim.Media bir neçə tanınmış şəxsdən sosial şəbəkələrə ayırdığı vaxtla maraqlanıb:
Əməkdar artist, “Bakılı oğlanlar” komandasının tanınmış üzvü Bəhram Bağırzadə sosial şəbəkəni işinin bir hissəsi hesab edir.
Ona görə də vaxtının böyük hissəsini virtual dünyada keçirdiyini etiraf edir:
“Sosial şəbəkədə nə qədər vaxt keçirirsiniz  yox, soruşun hələ adi həyata vaxt qalırmı? Demək olar ki, günün çox hissəsi sosial şəbəkələrdə keçir. Çünki bu mənim işimdir! Yəni psixoloji və maddi olaraq mənə faydalıdır. Mənə lazım olan mövzulara baxıram və bundan nəsə öyrənirəm, faydalanıram, götürürəm, istifadə edirəm və s.”
Bəstəkar Gövhər Həsənzadə isə sosial şəbəkələrdən aktiv istifadə etmədiyini deyir. “Mən sosial şəbəkələrə hər gün daxil olmuram. İnformasiya və mənə lazım olan materialların istifadəsi üçün göz gəzdirirəm. Bunun üçün də həftədə maksimum 2 saat vaxtım gedir”, - deyə vurğuladı.
Əməkdar artist, Azərbaycanın “Spartak”ı Füzuli Hüseynov vaxtının ümumiyyətlə heç nəyə çatmadığından gileyləndi:
“Hansı vaxt? Vaxt var ki? Onsuz da az olan vaxtı bir də sosial şəbəkələrə sərf etmirəm. Çox az istifadə edirəm, kimsə yazanda cavab verirəm, nəsə material, video göndərəndə girib baxıram, vəssalam”.
Tanınmış şair Aqşin Yenisey isə bildirdi ki, sosial şəbəkələrdə izlədiyi bir neçə şəxs və səhifə var.
Tanınmış imzaları olan, yazdığı fikirlər maraq doğuran, öyrənə biləcəyi şəxsləri vaxtı olduqca izləyir:
“Günümüzün, çağımızın şərtidir. Cəmiyyətdə, dünyada baş verən hadisələri sosial şəbəkələrdən izləyirik. Yəni bu qaçılmaz bir şeydir. Amma səhərdən-axşama kimi telefon əlimdə oturub gözləyirəm ki, hansısa bir eybəcər hadisə və ya şəkil paylaşılsın, mən də mütləq girim baxım, yox. Mənim üçün sosial şəbəkə müasir dövrün kitabxanası kimi bir şeydir”.
Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 İyun 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri