Icma.az
close
up
RU
Tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA KONKRET

Tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən şəxs Fərhad Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2025-ci ildə saat 21 radələrində Xaçmaz şəhərinin Əlif Hacıyev və Qasım bəy Zakir küçələrinin kəsişməsində baş verib.

Belə ki, Fərhad Məmmədov həmin vaxt tanışı, zərərçəkmiş Mehrab Nəbiyevlə (soyadı şərtidir) ilə qarşılaşıb. Zərərçəkmiş şəxs ona zarafatla “qəzəlxan” deyib. Bunu bəhanə edən təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan aqressiv davranaraq üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən qatlanan cib bıçağını çıxarıb. O, bıçaqla Mehrabın qarın nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxs daxili və xarici qanaxma ilə müşayiət olunan, nazik bağırsağın kəsilmiş yarası və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, həmin xəsarətlər həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı Fərhad Məmmədov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O deyib ki, hadisə günü gündüz saatlarında işlədikdən sonra tanışları ilə bir bakal pivə içərək evə qayıdıb, axşam isə siqaret almaq üçün evdən çıxıb. Mağazaya yaxınlaşarkən Mehrab onu uzaqdan “qəzəlxan” deyə çağırıb. Buna baxmayaraq, yaxınlaşıb salam verdiyini və heç bir mübahisə yaratmaq istəmədiyini bildirib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu zaman zərərçəkmiş şəxs ona əvvəlcə bir dəfə, sonra isə ikinci dəfə şillə vurub və nalayiq ifadələr işlədib. O deyib ki, insanların çox olduğu ərazidə mübahisə etməmək üçün qarşı tərəfə kənara keçməyi təklif edib. Dəmiryolunun yaxınlığında iki nəfər qonşu onu qolundan tutaraq saxlamağa çalışıb. Bu vaxt Mehrab arxadan ona təpik vurub.

Fərhad bildirib ki, həmin anda cibində olan bıçağı çıxarıb, lakin məqsədi zərərçəkmişi qorxudaraq özündən uzaqlaşdırmaq olub: “Bıçağı çıxarıb açanda Mehrab üstümə gəldi. Mənə tərəf hərəkət edəndə bıçaq ona dəydi. Məqsədim vurmaq yox, məndən uzaqlaşması idi”.

Təqsirləndirilən şəxs hadisədən sonra bir neçə dəqiqə ərazidə qaldığını, daha sonra evə getdiyini, təxminən yarım saat sonra isə polis əməkdaşlarının onu saxladığını söyləyib.

O həmçinin qeyd edib ki, hadisə yerində istifadə etdiyi bıçağı polis əməkdaşlarına könüllü təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Avqust 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri