Icma.az
close
up
RU
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 20-də 366 milyon 941 min 291 kVt/saat həcmində sifariş alıb.

"Cebheinfo.az" "Report"-a istinadən   bu barədə TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 1,93 % çoxdur.

Kipoi çıxış nöqtəsindən oktyabrın 21-dən 27-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, oktyabrın 14-nə olan sifariş göstəriciləri ilə müqayisədə 8,04 % azdır. Oktyabrın 15-də və 16-da olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 8,05 % isə azdır. Oktyabrın 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,89 %, oktyabrın 18-də və 19-da olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 9,79 % isə azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 20-dan 27-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 20-dan 27-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir. Yalnız oktyabrın 25-də bu çıxış nöqtəsindən 31 milyon 610 min 730 kVt/saat həcmində sifariş alınıb ki, bu da daha əvvəlki həftənin eyni günü ilə müqayisədə 4,16 % çoxdur.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 20-də 297 milyon 476 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 13-nə olan sifariş göstəriciləri ilə müqayisədə 1,83 % çoxdur.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 21-dən 27-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 14-ə olan sifariş göstəriciləri ilə müqayisədə 8,56 % azdır. Oktyabrın 15-nə və 16-na olan sifariş göstəriciləri ilə müqayisədə 8,259 % azdır.

Eyni zamanda, Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 17-ə olan sifariş göstəriciləri ilə müqayisədə 13,92 % azdır. Oktyabrın 19-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 10,2 % azdır.

Yalnız oktyabrın 25-də bu çıxış nöqtəsindən 283 milyon 332 min 445 kVt/saat həcmində sifariş alınıb ki, bu da daha əvvəlki həftənin şənbə günü ilə müqayisədə 6,47 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri