Icma.az
close
up
RU
Tarix dərsi: Bəşər Əsəd rejiminin çöküşü Suriyanın qurtuluşu ola bilərmi? Fərid Şahbazlı yazır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Tarix dərsi: Bəşər Əsəd rejiminin çöküşü Suriyanın qurtuluşu ola bilərmi? Fərid Şahbazlı yazır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Çox qısa – iki həftədən də az bir müddətdə çürük Suriya rejimi çökdü.

Suriya xalqı Bəşər Əsəd və atası Hafiz Əsədin təqribən yarım əsrlik dövrünü tarixin xarabalaqlarına gömdü. Əsədin tərəfdarları – İran, Rusiya, "Hizbullah” zəiflədiyindən ona dəstək verə bilmədilər. Və o, arxasında çox ağır bir sosial, iqtisadi, mənəvi miras buraxaraq Rusiyaya qaçdı…

Bəşər Əsəd 2000-ci ildən Suriyanı idarə edirdi. O, 2011-ci ildə ölkədəki dinc etirazları vəhşicəsinə yatıraraq, yarım milyondan çox insanın ölümünə və 12 milyon insanın evlərini tərk etməsinə səbəb olan dağıdıcı vətəndaş müharibəsinə səbəb olmuşdu. Ümumiyyətlə "kiçik Əsəd” də atası kimi xalqına qarşı həddindən artıq qəddar və repressiv idi. Bu səbəbdən Suriya xalqı onilliklərdən bəri qorxu və panika içində yaşayıb.

Türklərə, azərbaycanlılara patoloji nifrəti olan Bəşər Əsədin ermənilərə həmişə xüsusi simpatiyası olub. Əsəd rejimi ikinci Qarabağ müharibəsində məhz Ermənistanı dəstəkləyib. 2020-ci ildə onun dirijor çubuğu ilə idarə olunan Suriya parlamenti erməni soyqırımını tanıyan qətnamə qəbul edib.

"Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanı dəstəkləyirik” – bu sözləri Bəşər Əsəd ötən ilin noyabrında Ermənistan parlamentinin vitse-spikeri, erməni əsilli Hakop Arşakyanla görüşündə demişdi. Buna görə də onun rejiminin süqutu erməniləri də əməlli-başlı təşvişə salıb – çünki İrəvan rejiminin əsas havadarlarından bir də tarixin zibilliyinə atıldı.

Bu da son deyil. Terrorçu Nubar Ozanyanın adı çökmüş Əsəd rejiminə çox doğmadır. Ozanyan Türkiyənin Marksist-Leninist Kommunist Partiyasının (Türkiyə Komünist Partisi) döyüşçü qanadı olan Türkiyənin Fəhlə və Kəndli Azadlıq Ordusunun (Türkiyə İşçi Köylü Kurtuluş Ordusu, qısaldılmış adı TİKKO) komandirlərindən biri olub. O, 1988-1990-cı illərdə Fələstində, 1992-ci ildə Qarabağda, 2014-cü ildə İraq Kürdüstanında, 2015-ci ilin iyulundan Suriyanın şimal-şərqində tərkibində ABŞ tərəfindən Türkiyə əleyhinə yaradılmış terrorçu YPG sıralarında döyüşlərdə iştirak edib. 2017-ci il avqustun 14-də isə "İslam Dövləti”nə (İŞİD) qarşı döyüşlərdə öldürülüb.

Hazırda Suriyada bu terrorçunun adını daşıyan "Nubar Ozanyan batalyonu” adlı erməni silahlı birləşməsi fəaliyyət göstərir. Son illərdə bu batalyon Əsəd rejimi ilə əlaqədə buradakı hərbi qruplaşmalara qarşı mübarizə aparan Türkiyəyə və türklərə qarşı terror aktlarında iştirak edirdi ki, bu da Suriyadakı erməni diasporunun və Suriya hakimiyyətinin maraqlarına uyğun idi.

Ermənstandakı Paşinyan rejimi Əsəd rejimi ilə əməlli başlı tandem təşkil edib. Paşinyan 2019-cu ildə Suriyaya mina təmizləmə adı ilə 83 nəfərlik kontingent göndərmişdi. Əslində isə bu dəstə Əsəd rejiminə dəstək üçün getmişdi. İkinci Qarabağ savaşı zamanı da erməni silahlı birləşmələrinin tərkibində Livandan, Suriyadan göndərilən terrorçular vuruşurdu və həmin terrorçular Qarabağa özbaşına gəlməmişdilər – onları Bəşər Əsəd göndərmişdi.

Bundan əlavə, Bəşər Əsədin Suriyası müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində həmişə Azərbaycanın maraqlarına qarşı çıxış etməklə, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb və ya qəbul olunan sənədlərə qoşulmayıb.

Yeri gəlmişkən, Qarabağda separatçılıq hərəkatını başladan, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da Suriya əsillidir.

"Caliber.Az”ın yazdığı kimi, onun atası Akop Ter-Petrosyan Suriya və Livan Kommunist Partiyasının yaradıcılarından biri olub. Suriyada ənənəvi erməni terror qruplaşmalarının yerli qurumları – "Daşnaksütyun” və "Hınçak” Bəşər Əsəd rejimində çox rahat və çox komfort fəaliyyət göstəriblər. Halbuki, onların üzvləri zaman-zaman türk diplomatlarına qarşı Avropanın müxtəlif şəhərlərində terror aktları törədiblər.

Bir sözlə, guya müsəlman olan bu adam, əslində müsəlmanların düşməni, Suriya xalqı başda olmaqla bütün müsəlman xalqların üz qarası idi. Gec də olsa ilahi ədalət öz yerini tutdu, param-parça olmuş Suriya xalqının ah-naləsi, duaları ünvanına yetişdi. Ümüd edək ki, yeni hakimiyyət bütün xalqı öz ətrafında toplamaqla, öz gələcəyini bəşəri və islami dəyərlər üzərində qurmaqla, bütöv, güclü və demokratik Suriyanın yeni tarixinin ilk səhifələrini yazacaq. Türkiyə və Azərbaycan artıq həmin dövlətin yanında olacaqlarını bəyan ediblər.

Fərid Şahbazlı

Siyasi şərhçi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Dekabr 2024 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see246

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see187

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see176

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see156

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see121

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri