Icma.az
close
up
RU
Tarix, strateji baxış və yeni dövrün elmi əsasları

Tarix, strateji baxış və yeni dövrün elmi əsasları

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley mərasimində çıxışı, əslində, ölkənin gələcək inkişaf konsepsiyasının elmi-fəlsəfi konturlarını müəyyənləşdirən mühüm sənəd xarakteri daşıyır. Bu çıxışda Prezident, təkcə elm adamlarına deyil, bütövlükdə cəmiyyətə ünvanlanan strateji mesajlarla yeni dövrün istiqamətlərini müəyyənləşdirdi.
Dövlət başçısı çıxışında Azərbaycanın elmi potensialının milli inkişaf modelində oynadığı rolu dərindən təhlil edərək bildirdi ki, elm – sadəcə bir sahə deyil, müasir dövlətin, iqtisadiyyatın, təhlükəsizliyin və milli kimliyin dayağıdır. Prezident İlham Əliyevin fikrincə, bu gün elm sahəsi ölkənin intellektual kapitalını formalaşdırmaqla yanaşı, texnologiyanın, rəqəmsal inkişafın və süni intellektin idarəedici gücünə çevrilməlidir.
Elmin prioritetləşdirilməsi və dövlətin intellektual kursundan söz açan Prezident İlham Əliyev çıxışında xatırlatdı ki, bu gün Azərbaycan elmi yeni çağırışlarla üz-üzədir. Qlobal texnoloji mühitdə yerini qorumaq və gücləndirmək üçün elmi potensialın sistemli şəkildə inkişafı mühüm zərurətdir. Məhz bu məqsədlə son illər ərzində aparılan struktur islahatları, elmi tədqiqatların maliyyələşdirilməsi və kadr siyasətinin yenilənməsi dövlətin bu sahəyə xüsusi diqqətinin göstəricisidir.
Dövlət başçısı elm və texnologiyanın vəhdətini müasir inkişafın təməli kimi qiymətləndirdi. Süni intellekt, pilotsuz uçuş aparatları, kibertəhlükəsizlik və enerji səmərəliliyi kimi istiqamətlərin elmi əsaslarla idarə olunması, Azərbaycanın innovativ gələcəyini müəyyənləşdirən əsas amillərdəndir.
Azərbaycan bu gün təkcə enerji ölkəsi deyil, həm də elmi biliklərin ixracatçısına çevrilmək istiqamətində ardıcıl addımlar atır. Prezidentin “bizim müstəqilliyimiz bilik üzərində qurulmalıdır” tezisi, dövlətin yeni dövrə baxışının ideoloji əsasını təşkil edir.
Ulu Öndər Heydər Əliyevin 1970–1980-ci illərdə elmin inkişafına verdiyi diqqət, bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə daha geniş miqyasda davam etdirilir. O dövrdə formalaşmış elmi məktəblər və institutlar müstəqil Azərbaycanın elmi sisteminin təməlini qoydu.
Məhz bu davamlı xəttin nəticəsidir ki, Azərbaycan elmi indi yalnız regional deyil, beynəlxalq elmi məkanın da etibarlı tərəfdaşına çevrilib. Prezidentin dediyi kimi, elmin millilik üzərində qurulması, həm dövlət ideologiyasına, həm də milli identitetin qorunmasına xidmət edir.
Ölkə rəhbəri çıxışında xüsusi olaraq Azərbaycan dilinin saflığının qorunması məsələsinə toxundu və bu mövzunu təkcə dilçilərin və yazıçıların deyil, hər bir vətəndaşın mənəvi borcu kimi dəyərləndirdi: “Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər”.
Bu çağırış, milli ideologiyanın əsas sütunlarından birinə çevrilməlidir. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın yaddaşı, kimliyi və dövlət müstəqilliyinin mənəvi dayağıdır. Prezidentin bu istiqamətdə verdiyi tapşırıqlar göstərir ki, dövlət səviyyəsində dilin qorunması və inkişafı həm mədəni, həm də ideoloji prioritet kimi diqqət mərkəzində qalacaq.
Prezident İlham Əliyev çıxışında Qarabağda aparılan geoloji tədqiqatlardan, orada həyata keçirilən elmi-infrastruktur layihələrdən də bəhs etdi. Bu, həm iqtisadi, həm də elmi baxımdan strateji əhəmiyyət kəsb edir. Qarabağ torpaqlarında aparılan elmi tədqiqatlar yalnız resurs araşdırması deyil, həm də 30 illik işğalın nəticələrinin bərpası və ədalətin elmi sübutudur.
Bununla yanaşı, Azərbaycan alimlərinin Qarabağda həyata keçirilən bərpa prosesinə elmi dəstək göstərməsi, elmlə dövlət siyasətinin birliyini simvolizə edir. Bu, həm də müharibədən sülhə keçid mərhələsində elmin rolu barədə mühüm mesajdır.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bir neçə gündən sonra Azərbaycan xalqı tarixi Zəfər Gününün beş illiyini qeyd edəcək. Bu hadisə təkcə hərbi qələbə deyil, həm də elm, texnologiya, milli birlik və dövlətçilik strategiyasının sintezindən doğan nəticədir.
2020-ci ildə keçirilən ilk Zəfər paradı Azərbaycanın yenilməzliyinin simvolu idi. 2023-cü ildə Xankəndidə baş tutan hərbi parad isə dövlət suverenliyinin tam bərpasını nümayiş etdirdi. İndi isə 2025-ci ildə Azadlıq meydanında keçiriləcək hərbi parad, Zəfərin əbədiləşməsi və milli qürurun təntənəsi olacaq.
Prezidentin bu kontekstdə səsləndirdiyi fikirlər, Azərbaycan xalqının gələcəyə inamını, dövlətin strateji dayanıqlığını və milli ideologiyanın möhkəmliyini bir daha təsdiqləyir.
Cənab Prezidentin çıxışı göstərdi ki, Azərbaycanın inkişaf modeli sadəcə iqtisadi göstəricilərə əsaslanmır — bu model elmin, mədəniyyətin, dilin və milli kimliyin birliyinə söykənir.
Elm yalnız laboratoriyada yox, dövlət idarəçiliyinin fəlsəfəsində, milli ruhun dərin qatlarında formalaşır.
Bu gün Azərbaycan dünyaya sübut edir ki, elmi düşüncə ilə milli ruh birləşəndə, dövlət həm güclü, həm də qalıcı olur.
Azərbaycan alimləri, ziyalıları, jurnalistləri və siyasətçiləri bu strateji baxışdan ilham alaraq, gələcəyin intellektual cəmiyyətini formalaşdırmaqda üzərlərinə düşən tarixi missiyanı yerinə yetirməlidirlər.

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri