Icma.az
close
up
RU
Tarixi detektiv: Napoleonun marşalının müəmmalı ölüm sirri

Tarixi detektiv: Napoleonun marşalının müəmmalı ölüm sirri

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Doğrudanmı, Napoleonla birlikdə böyük döyüş yolu keçmiş, Austrelitsdə, Vaqramda, Borodinoda fərqlənmiş marşal sadəcə rahat otağında ölə bilərdi? Əgər “Napoleonun sağ əli”, əvəzolunmaz qərargah rəisi, günün və gecənin istənilən vaxtında bu və ya digər alayın harada olduğu haqda arayış verə bilən şəxs qəflətən üçüncü mərtəbədən yıxılıb ölürsə, bu, təsadüf ola bilərmi?
Napoleon müharibələrinin bioqrafik lüğətində Bertye haqqında məqalədə yazılıb: “Daha geniş yayılmış versiyaya görə, o, əsəb pozğunluğundan dəlilik dərəcəsinə çataraq intihar edib. Digər ehtimala görə, onu gizli inqilabi cəmiyyətin üzvləri öldürüblər”. 1815-ci ildə bütün işlərdən aralanıb, ailəsi ilə birlikdə sakitcə yaşayan Bartyeyə qarşı hansı inqilabi cəmiyyət ola bilərdi?
Marşal Bertyenin qətlinə dair birbaşa sübutlar yoxdur və prinsipcə ola da bilməz. Sadəcə, diqqət yetirmək istədiyimiz bir neçə qəribə fakt var.
Birincisi, Bamberq qəsrində pəncərələr döşəmədən bir metrdən artıq hündürlükdədir. Belə bir pəncərədən təsadüfən yıxılma ehtimalı ağlabatan deyil. Gərək özün bunu istəyəsən, ya da kimsə sənə kömək edə.
İkincisi, bitib-tükənməyən müharibələrdən yorulmuş marşal, nəhayət, öz evinə qayıdıb. Arvadı (Bavariya kralının bacısı qızı) üçüncü uşağı dünyaya gətirmək ərəfəsindədir. İnsanın belə bir şəraitdə özünü qəflətən evinin pəncərəsindən atması ağlabatan deyil. Onu buna son dərəcə fövqəladə durum məcbur edə bilərdi.
Bertyenin iztirabları
1815-ci ildə Napoleon Elba adasından qaçdıqdan sonra Bertye bir çox döyüş yoldaşları kimi ona qoşulmayıb, kral XVIII Lüdoviklə Gentə getdi. Buna görə imperator onu öz marşallarının siyahısından çıxartdı. Mayın 22-də Bertye Belçikada istefaya çıxaraq, Bamberqdə, ailəsinin yanına qayıdır.
1814-cü ildə imperatorun hakimiyyətdən kənarlaşdırılmasını tələb edənlərin arasında Bertye də vardı. O, Napoleonu ilk tərk edib, Burbonların tərəfinə keçənlərdən idi. Çoxsaylı yürüşlərdən və döyüşlərdən yorulan marşal sadəcə, kiçik bəhanə ilə imperatorun düşərgəsindən qaçmışdı. O, arvad-uşağının üzünü görmədən 30 ildən çox döyüşmüş və bezib yorulmuşdu. Marşalın daxili aləmini tarixçi Ronald Delderfild belə təsvir edir: “O dinləmək istəyən hər kəsə izah edirdi ki, Napoleondan ehtiyat etmir, sadəcə, evdəki bəzi işlərini yoluna qoymaq istəyir. Ancaq qorxaq kimi qələmə verilə biləcəyi haqda dəhşətli fikir onu bezdirirdi. Odur ki, Bamberqə gəldikdən sonra da hansı tərəfdə olacağına qərar verə bilmirdi”.
Bertyenin ovqatı hər gün daha da pisləşirdi. Yenə müharibə başlamışdı, ancaq o, həyatında ilk dəfə döyüşü kənardan izləyəcəkdi... Napoleon savaşacaq, onun qərargah rəisi isə imperatoruna qoşulmayacaqdı... Əlbəttə, Napoleon öz sadiq silahdaşını həvəslə qəbul edəcəkdi, ancaq Bertye daha döyüşmək istəmirdi...

Bertyenin ölümünü 1815-ci il iyunun 1-də imperator sarayının keçmiş müdiri Lui Fransua de Bossa öz “Memuarlar”ında belə təsvir edir: “Sarayının yanından keçən rus alayının musiqisini eşidib, salondakı pəncərəyə yaxınlaşır, stulun üstünə çıxaraq, irəli əyilir...”
Ancaq yetkin və tamamilə sağlam adamın küçədən keçən qoşun dəstələri ilə bu dərəcədə maraqlanıb, pəncərəyə çıxdığını və yıxılıb öldüyünü ciddi qəbul etmək olarmı?
Digər tərəfdən, Bertyeni öldürmək kimin nəyinə lazım idi? Xəyanət etdiyinə görə Napoleona? Onda gərək bir çox marşallarını öldürdəydi. Son anda Napoleona qoşulmamasını əngəlləmək istəyən imperatorun düşmənlərinə? Bu da istisna deyil.
Ölümcül sirr
Napoleon sülaləsinin taleyi haqqında düşünərək, Avstriya imperatoru Fransın qızı Mariya-Luiza ilə evlənmişdi. Onun bu səyi uğurla nəticələnmiş, gənc imperatiçə 1811-ci il martın 19-da ilk hamiləlik sancılarını hiss etmişdi. Təcili çağırılan cərrah Dyubua zahını müayinə edərək, durumun ağır olduğunu, ana ilə uşaq arasında seçim etmək ehtimalı olduğunu bildirmişdi. Napoleon buna cavab olaraq qətiyyətlə ananı qurtarmağı söyləmişdi:
- Ananı xilas edin! O, sağ qalsa, bizim başqa uşaqlarımız olacaq!
Uşaq ayaq tərəfdən gəlirdi və başı iri olduğundan, doğulması əzablı oldu. Onu mamaça madam Blezin əlləri üstünə qoydular. O, körpəni isladılmış tənzifə bükərək, öldüyünü deyir. Bu sözləri yaxınlıqda olan 12-15 nəfər də eşidir. İmperator yerindən sıçrayıb, qaba hərəkətlə çağanı qapıb, imperatriçənin qulluqçularından birinin üstünə atır. Qulluqçu uşağın üstün dərhal örtdü.
Bu zaman qapı açılır və cənab arxikanslerin təşrif buyurduğunu xəbər verirlər. O, körpənin cinsini təsdiqləməyə gəlmişdi. Protokola rəğmən, marşal Bertye də onunla birlikdə Mariya-Luizanın doğduğu otağa daxil olur. O, Napoleonu təbrik etməyə gəlmişdi.
Napoleon dostuna tərəf bir neçə addım ataraq, deyir: “Təbrikinizi qəbul edirəm, Nevşatel (Bertye Nevşatel knyazı idi), hərçənd, bunu çox da haqq etmirəm, çünki körpənin öldüyünü iddia edirlər”. Bertye təəccüblə qadına yaxınlaşıb, önlüyü qaldırdı, əyildi və plaşını sağ əliylə döşəməyə atdı. Bu zaman zəif çığırtı eşidildi və qadın bu səsin çağadan çıxdığını dedi. Arxikansler Kambaseres yaxınlaşıb, oğlan doğulduğunu ucadan elan etdi. Ona Napoleon Fransua Czef Şarl adı verdilər.
Baron de Trin “Roma kralı” kitabında körpənin əvvəlcə ölü doğulduğunu belə təsvir edir: “İmperator otağa girib, Mariya-Luizanı qucaqladı və ölmüş bilinən Roma kralına (Napoleonun oğluna) baxdı. Madam de Monteskyö körpəni ovuşdurmağa başlayıb, ağzına bir neçə damcı araq tökdü və isti mələfəyə bükdü. Yeddi dəqiqədən sonra kral ilk dəfə çığırdı”.
Həyat əlaməti olmayan çağa haqqında bütün bu hekayələr Napoleonun katibi Klod-Fransua Menevalın xatirələrinin variasiyalarıdır. Məşhur yeddi dəqiqə haqqında informasiya da oradan götürülüb.
Bir ehtimala görə, uşaq əslində ölü doğulmuşdu. Napoleonun bu barədə qabaqcadan xəbərdar etdiyi Nevşatel knyazına (Marşal Bertye) körpəyə əvəz tapmağı tapşırmış, o da özünün bir neçə gün əvvəl doğulmuş oğlunu gətirmişdi. Yalançı Napoleonun iri ölçüləri və qeyri-adi gücü bununla izah olunur.
Uşağın dəyişdirilməsi haqda versiyanı markiza de lya Tur dyu Pen özünün “Əlli yaşlı qadının jurnalı”nda təsdiqləyir. O yazır: “İmperator körpəni ağ krujevalı satin parça üzlü yastığın üzərində aparan madam de Monteskyö ilə yanaşı gedirdi. Uşağın üzü açıq idi. Ona yaxşıca baxmaq üçün mənim yetərincə vaxtım vardı və hələ də o fikirdəyəm ki, uşaq həmin səhər doğulmamışdı. Bu sirri sonadək açmağa zərurət yoxdur, çünki onu bilən adam uzun yaşamadı. Mən bundan bərk həyəcanlandım və narahat oldum”.
Ola bilərmi ki, Bertyenin müəmmalı ölümünə məhz bu sirr səbəb olub?
Tələsməyək və digər hadisə ilə ətraflı tanış olaq...
(Ardı var)
Samir Quliyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri