Icma.az
close
up
RU
Tarixi düşmənçilikdən bu günə: Polşa Rusiya qarşıdurmasının kökləri MÜSAHİBƏ

Tarixi düşmənçilikdən bu günə: Polşa Rusiya qarşıdurmasının kökləri MÜSAHİBƏ

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Dünyada diqqət mərkəzinə çevrilən Rusiya–Polşa münaqişəsi regionun təhlükəsizliyi və beynəlxalq münasibətlər üçün ciddi çağırışlar yaradıb.

Baş verənləri daha dərindən anlamaq üçün siyasət üzrə ekspert Elşən Manafov suallarımızı cavablayıb.

Tribunainfo.az müsahibəni təqdim edir:

— Rusiya ilə Polşa arasında yaranmış münaqişənin əsas səbəblərini necə izah edərdiniz?

— Polşanın Ukrayna və Rusiya arasında başlamış olan müharibədə Zelenski hakimiyyətinə verdiyi dəstək, onun bir qayda olaraq NATO-nu Rusiyaya qarşı müharibəyə sürükləmək üçün atdığı addımlar və səsləndirilən fikirlər Rusiya və Polşa arasında son vaxtlar münasibətlərdə gərginliyə səbəb olmaqla, Rusiyanın Polşa ərazisinə dron hücumlarını təşkil etməsinin əsas səbəbi olmuşdur. Polşa Ukraynada Meydan hərəkatının lap əvvəlindən, 2014-cü ildən başlayaraq bu ölkədə antirusiya siyasətinin formalaşdırılması və Rusiyaya qarşı yönləndirilməsində fəal mövqe sərgiləyən Şərqi Avropa dövləti olmuşdur. Rusiyadan Şərqi Avropaya hücum təhlükəsini bayraq edərək Polşa tərəfi NATO-nun Şərq cinahında Alyansın hərbi kontingentinin və texnikasının gücləndirilməsi üçün addımlar ataraq Rusiyanın qərb ərazilərinə Alyans tərəfindən təhlükənin böyüməsində ötürücü qayış rolunda çıxış edirdi. Polşa hökumətinin Alyansa məxsus nüvə hərbi arsenalının öz ərazisində yerləşdirilməsinə razılıq verməsi ilk baxışda onun NATO çətiri altında etibarlı sığınacaq tapması təəssüratı doğursa da, əslində Polşanın özünü Rusiyanın hərbi nüvə qüvvələrinin hədəfinə gətirib çıxarmışdır. Polşa iqtidarının Rusiyaya münasibətdə ifrat təhdidedici çıxışları Rusiya tərəfindən Polşaya qarşı bəlli müstəvidə addımların atılacağını düşünməyə əsas verirdi və nəticə etibarilə bu da baş verdi.

— Bu münaqişənin dərinləşməsində hansı daxili və xarici amillər rol oynayır?

— Polşaya məlum dron hücumu ilə Rusiya bir sıra məsələlərə aydınlıq gətirməyə çalışdı və əslində buna da nail oldu.
Əvvəla, bu hücumdan sonra NATO nizamnaməsinin məşhur 5-ci bəndi işlək vəziyyətə gəlmədi. Söhbət NATO üzvü olan dövlətin ərazisinə hücumun baş verəcəyi təqdirdə Alyansın kollektiv təhlükəsizlik tədbirləri görməsindən gedir. NATO üzvləri bu dəfə 4-cü maddədə göstərildiyi kimi kollektiv məsləhətləşmələrlə kifayətləndilər və Alyans hərbi deyil, diplomatik müstəvidə baş verənlərə münasibət sərgilədi. Bu hücumla Rusiya NATO-nun Hava Hücumundan Müdafiə Sisteminin real durumuna aydınlıq gətirmiş oldu. Belə ki, Rusiyanın Polşa ərazisindən keçən İran istehsallı dronlarının heç də hamısı zərərsizləşdirilmədi. Bundan əvvəl Kiyevdə hökumət binasının Rusiyanın zərbələrindən sonra zədələnməsi göstərdi ki, Qərbin hava hücumundan müdafiə sistemində ciddi boşluqlar var. Dəyəri 20 min dollara yaxın olan dronların təxminən 3 milyonluq raketlərlə vurulması və bu zaman bütün hədəflərin məhv edilməməsi göstərdi ki, həddən ziyadə böyük məbləğdə maliyyələşdirilmələrə baxmayaraq Alyansın hava hücumundan müdafiə sistemi Qərb siyasətçilərinin dedikləri kimi heç də effektiv və etibarlı deyil. Bu isə Qərb seçicilərində bu sahədə korrupsiyanın olması ilə bağlı siyasi elitalara ünvanlanacaq suallar doğuracaq və siyasi sistemin böhranını dərinləşdirəcək.

— Hadisələrin tarixi kökləri varmı, yoxsa sırf geosiyasi maraqlar üzərindən formalaşır?

— Əlbəttə, hadisənin tarixi kökləri olmamış deyil. Polşa hələ X əsrdə, 981-ci ildə Kiyev Rus dövlətinə hücum edən tərəf olub. Daha sonra polyaklar monqolların və Krım xanlarının Rusiyaya hücumları vaxtı Rusiyanın ağır durumundan istifadə edərək onun torpaqlarını ələ keçirməyə çalışıblar. Rusiyanın Reç Pospolita ilə müharibələri, XVII əsrin əvvəllərində Polşa müdaxiləsinə qarşı Pojarski və Mininin başçılığı ilə genişlənən xalq hərəkatı ruslarda polyaklara qarşı fobiyanı gücləndirdiyi kimi, Rusiyanın Reç Pospolitanın bölüşdürülməsində iştirakı, Napaleonun Avropada apardığı müharibələrdən sonra Polşanın 1815-ci ildən 1917-ci ilədək Rusiya boyunduruğu altında olması da əks tərəfdə rusofobiya ovqatını həmişə artırmışdı.
1920–21-ci illərin Polşa–Sovet Rusiyası müharibəsi, 1939-cu ildə Polşaya Sovetlərin müdaxiləsi, nəhayət, Faşist Almaniyasına qarşı müharibənin gedişində Şərqi Avropanın digər ölkələri kimi Polşanın da Sovetlər tərəfindən azad edilməsi, onun SSRİ-nin patronajlığı altında Sosialist düşərgəsi ölkələri arasında yer alması və s. münasibətlərdəki gərginliyi tarixin mirası kimi qəbul olunmalıdır.

— Bu gərginlik Avropa İttifaqının və NATO-nun mövqeyinə necə təsir edə bilər?

— Nəhayət, dini, ideoloji, geosiyasi konteksdə də tərəflər arasında ciddi fikir ayrılıqları, problemlərin həllinə fərqli yanaşmalar münasibətlərdəki gərginliyə daim öz töhfəsini verib. Polyaklar xristianlığın katolik, ruslar isə pravoslav məzhəbinə aiddirlər və kilsələr arasında münasibətlər, geosiyasi konteksdə isə Polşanın Avropa Birliyi və NATO-nun yanında yer alması və digər məsələlər də vardır.

— ABŞ-ın bu prosesdə rolu nədir və hansı addımlar ata bilər?

— Münaqişə Avropa Birliyinin və ABŞ-ın mövqeyində dərin olmasa da fərqli yanaşmaların mövcudluğunu üzə çıxardı. Avropa Birliyinin hücumu qınayan sərt bəyanatlarının fonunda ABŞ prezidenti Trampın hərbi ritorikadan uzaq, diplomatik gedişləri göstərir ki, Ukraynaya münasibətdə olduğu kimi Polşaya münasibətdə də ABŞ-ın mövqeyi Rusiya ilə sərt hərbi qarşıdurmanı ehtiva etmir. Tramp Avropaya sanki “suda batanların xilası onların öz işidir” ismarıcını verir və yəqin buna görədir ki, Avropanın nüfuzlu nəşrlərində Trampın bəlli şərtlər və qarşılıqlı maraqlar konteksində Avropanı Putinlə nüfuz dairələrinə bölməyə hazır olması barədə yazılar gedir.

— Münaqişənin Baltikyanı ölkələr, Belarus və Ukrayna üçün doğura biləcəyi təhlükələr hansılardır?

— Baltikyanı ölkələrin siyasi elitaları antirusiya ovqatı ilə bağlı ideoloji-siyasi kurslarına sadiqdirlər və “stəkanda fırtına” nəzəriyyəsindən çıxış edərək Avropa Birliyindən, habelə NATO-dan əlavə imtiyaz və sərmayələrin cəlb edilməsinə çalışırlar. Halbuki Rusiya ilə münasibətlərdəki problemlərin yaratdığı sosial-iqtisadi yönümlü problemlərin yükünü bu ölkələrin sıravi vətəndaşları çəkirlər.

— Münaqişənin qısa müddətdə böyüyəcəyi, yoxsa danışıqlarla yumşalacağı barədə gözləntiləriniz nələrdir?

— Qərb alyansı, əlbəttə, baş vermiş hadisəyə insident kimi yanaşacaq və münaqişənin doğurduğu problemləri diplomatik yolla həll etməyə üstünlük verəcək. Hazırda Avropa Birliyində Şarl de Qoll, Brandt, Şröder kimi liderlər — yəni Rusiya ilə münasibətlərə praqmatik konteksdən yanaşıb, onları qarşılıqlı faydalı əməkdaşlıq və mənfəət prinsipləri üzərində apara biləcək liderlər yoxdur. Digər tərəfdən, Qərb siyasi sistemi ciddi böhran keçirir. Avropa Birliyində, Qərb siyasi elitalarının tərkibində korporativ maraqlar ciddi parçalanmalara gətirib çıxarıb. Birlik üzvü olan bəzi dövlətlər — Macarıstan, Slovakiya, Serbiya və s. Rusiyaya qarşı sanksiyaların səmərəsizliyini dilə gətirirlər. Hətta Polşanın özündə belə prezident və baş nazir arasında hökumətin siyasəti ilə bağlı bəlli məsələlərə münasibətdə fikir ayrılıqları var. Kreml, əlbəttə, bütün bunları görür və AB-də çatın dərinləşməsi üçün münasib vaxtı gözləyir.

Söhbətləşdi: Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see287

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see234

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see211

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see184

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see180

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see147

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri