Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Tarixi görüş dünya mediasında Əgər Putin İstanbula getməsə...

Tarixi görüş dünya mediasında Əgər Putin İstanbula getməsə...

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Rusiyanın Prezidenti Vladimir Putinin 11 may gecə yarısı televiziyada etdiyi gözlənilməz açıqlama dünyanın diqqətini bir daha İstanbula yönəldib. Putin Qərbin 30 günlük atəşkəs çağırışını kənara qoyaraq, “birbaşa və şərtsiz” sülh danışıqları üçün yer və tarix göstərdi. Bu bəyanatın ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm Putin, həm də Fransa Prezidenti Emmanuel Makron ilə telefonla əlaqə saxladı. ABŞ vaxtı ilə səhər saatlarında isə keçmiş Prezident Donald Tramp “Truth Social” platformasında Ukrayna Prezidenti Volodimir Zelenskiyə “İstanbul görüşmələrinə dərhal qatıl” çağırışı etdi. Zelenski isə Putini şəxsən Türkiyədə gözlədiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu hadisələr beynəlxalq medianın da diqqətindən yayınmayıb. Qəzet və agentliklər həm görüşün reallaşma ehtimalı, həm də Rusiya-Ukrayna cəbhəsindəki son durumla bağlı geniş analizlər yayımlayıblar.

“Der Spiegel” (Almaniya): Türkiyədə birbaşa danışıqlar

Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri “Türkiyədə birbaşa sülh danışıqları” başlığı ilə yazdığı xəbərdə bildirib: “Avropa və Kiyev, Zelenski ilə birlikdə Rusiyaya atəşkəs çağırışı etdilər. Lakin Putin danışıqların Türkiyədə aparılmasını istəyir. Zelenski isə bu görüşməni qəbul etdi. İndi sıra Rusiyadadır”.

“Al Jazeera” (Qətər): Bu dəfə fərqli ola bilər

Qətərin “Al Jazeera” kanalı görüşlərlə bağlı analizində belə qeyd edir: “İstanbul danışıqlarının 2022-ci ildəkilərdən fərqli olaraq daha davamlı bir sülh prosesinə yol açması gözlənilir. O vaxtkı razılaşma uğurlu olmuşdu, amma Qərb tərəfindən dəstəklənmədiyindən rəsmi razılaşmaya çevrilmədi. Bu dəfə tərəflərin, xüsusən də Türkiyənin vasitəçiliyi ilə daha diqqətli davranacağı gözlənilir”.

“Axios” (ABŞ): Əgər baş tutsa, ilk olacaq

ABŞ-nin siyasi platformalarından “Axios” yazır: “Bu görüş baş tutarsa, Rusiya-Ukrayna müharibəsinin başladığı gündən bəri – yəni 3 ildən çox müddətdə iki liderin ilk üz-üzə görüşü olacaq”.

“The Guardian” (Böyük Britaniya): Zelenski Putinə meydan oxudu

İngiltərənin “The Guardian” qəzeti isə Zelenskinin açıqlamasını “Putinə meydan oxuma” kimi dəyərləndirib. Yazıda deyilir: “Zelenskinin çağırışı ABŞ Prezidenti Donald Trampın Kiyevə, Putinin təklif etdiyi birbaşa danışıqları qəbul etməsi yönündəki çağırışının ardından gəldi. Bəzi müşahidəçilər Putinin şəxsən görüşə qatılmayacağını, amma yüksək səviyyəli diplomatlarını göndərə biləcəyini deyirlər.”

“Liberation” (Fransa): Onu şəxsən gözləyir

Fransanın nüfuzlu “Liberation” qəzeti isə birinci səhifədən verdiyi xəbərdə “Zelenskidən Putinə: İstanbulda görüşək?” başlığından istifadə edib. Yazıda vurğulanıb: “Ukrayna Prezidenti, atəşkəsdən əvvəl görüş təklif edən Putini ciddi qəbul etdi. Perşənbə günü onu Türkiyədə şəxsən gözləyəcək”.

Siyasi təhlilçi Tatyana Stanovayanın fikrincə, “Hazırda real razılaşma mümkün deyil. Hər iki tərəf hələlik davamlı sülhə hazır deyil. Xarici təzyiq nə qədər güclü olsa da, Putin mövqeyini dəyişməyəcək. Çünki o, Ukraynanın ya könüllü, ya da məcburi şəkildə təslim olmasını istəyir. Qeyri-adi bir sürpriz baş verməsə, Putinin İstanbula gəlməsi gözlənilmir”.

“Express” (Böyük Britaniya): 3 sözlük cəsarətli mesaj

İngiltərənin “Express” qəzetinin ABŞ buraxılışı isə Zelenskinin Putinə ünvanladığı mesajı ön plana çıxarıb: “Səni gözləyirəm” – bu, Zelenskinin atəşkəs danışıqları üçün Putinə verdiyi dörd sözlük cəsarətli mesajdır. Qəzet, bu görüşün illər sonra ilk üz-üzə təmas olacağını yazıb.

“Moscow Times” (Rusiya): Tarixi dönüş nöqtəsi

Rusiyanın tanınmış “The Moscow Times” nəşri isə Türkiyə Prezidentinin sözlərini başlığa çıxararaq yazıb: “Erdoğanın Ukrayna müharibəsini bitirməyə yönəlik səyləri tarixi dönüş nöqtəsindədir.” Qeyd olunub ki, NATO üzvü olan Türkiyə müharibə başlayandan bəri hər iki tərəflə balanslı münasibət saxlayıb və bu, onun vasitəçilik rolunu gücləndirib.

Qeyd edək ki, Ukrayna 10 may tarixində Fransa, Almaniya, Böyük Britaniya və Polşa ilə birlikdə Rusiyaya heç bir şərt olmadan 30 günlük atəşkəs təklif edib. Əgər Moskva bu təklifi qəbul etməzsə, Ukraynanın müttəfiqləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 May 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri