Icma.az
close
up
RU
Tarixi Vaşinqton görüşü: Regionda güc balansı necə dəyişəcək?

Tarixi Vaşinqton görüşü: Regionda güc balansı necə dəyişəcək?

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə 7–8 avqust tarixlərində Vaşinqtona səfəri Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində tərəflər strateji əməkdaşlıqdan tutmuş sülh müqaviləsinə qədər bir sıra mühüm addımlar atıblar.

Regionda yeni reallıqlar formalaşdıran bu səfər, Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından böyük siyasi əhəmiyyət daşıyır.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Amerika ilə Azərbaycan arasında əməkdaşlıqlar — enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq, o cümlədən süni intellekt sahəsini əhatə edir:


“Bunu, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması da sübut edir. Ümid edirəm ki, yeni yaradılacaq Strateji İşçi Qrup həm regional baxımdan səmərəli olacaq, eyni zamanda beynəlxalq səviyyədə öz töhfəsini verəcək. Ən mühüm məsələlərdən biri 907-ci düzəlişin icrasının dayandırılması idi və bu sənəd də çox mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması, Minsk Qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciətin verilməsi və Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılması ilə bağlı dəyişikliklərin aparılacağının qeyd olunması mühüm hadisədir. Xüsusilə Naxçıvana quru yolla maneəsiz keçidin təmin edilməsi məsələsi, Donald Trampın Zəngəzur dəhlizinin qarantı rolunda çıxış etməsi ilə bağlı bəyanatı əhəmiyyətlidir”.

Millət vəkili qeyd edib ki, iki ölkə xarici işlər nazirlərinin iştirakı ilə təsdiq olunan sənədlərin paraflanması sülh müqaviləsinin imzalanmasında ciddi addımlardan biridir:

“2026-cı ildə Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlı referendum keçirildikdən sonra Sülh Sazişinin yekun imzalanması təmin olunacaq. Hesab edirəm ki, Donald Trampın Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakı tarixi hadisədir. Azərbaycanın həyata keçirdiyi islahatlar, eyni zamanda müstəqil daxili və xarici siyasətin olması, hadisələrin belə sonluqla nəticələnməsinə gətirib çıxartdı. Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, suverenliyi, ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı yolunda atdığı addımlar öz bəhrəsini verir”.

Vaşinqton görüşü ərəfəsində və ondan sonra əldə olunan nəticələr Şimal qonşumuz Rusiyanı qane etmədi. Arzu Nağıyev bildirib ki, Moskvanın müxtəlif təxribatlara əl atacağı öncədən bəlli idi:

“Həmin dövrdə Ukrayna ərazisində bir sıra neft boru kəmərlərinin keçdiyi kompressorların vurulması, digər strateji hədəflərin məhv edilməsi bir daha göstərdi ki, Rusiya bu görüşün əleyhinədir. Moskva Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili və xarici siyasəti qəbul etmir, hətta deyərdim ki, həzm edə bilmir. Regionda dəyişən geosiyasi balans fonunda Rusiyanın təsir imkanlarının azalması və hegemonluq siyasətindən əl çəkmək istəməməsi birbaşa bu proseslərlə bağlıdır. Hətta Rusiya informasiya və təbliğat kampaniyasını da gücləndirə bilər. Burada kütləvi informasiya vasitələri və sosial şəbəkə kanalları vasitəsilə Azərbaycanın Türkiyə, NATO və Avropa İttifaqına yaxınlaşması, ordunun müasir standartlara uyğun formalaşdırılması kimi mövzular üzərindən ictimai rəy formalaşdırmağa çalışa bilərlər. Məqsəd isə iqtisadi və siyasi təzyiqlərə zəmin yaratmaqdır. Buna görə də bu tip bəyanatlar əsasən ritorika səviyyəsində qalacaq. Azərbaycanın qarşısında isə bu gün müstəqil siyasət yürüdən, hibrid müharibə aparmaq imkanlarına sahib, güclü xüsusi xidmət orqanlarına və 44 günlük müharibədə dünyaya nümunə olmuş orduya malik bir dövlət var. Prezident İlham Əliyevin məqsədi ölkənin suverenliyini, ərazi bütövlüyünü və hər bir vətəndaşın rifahını təmin etməkdir”.

Türkiyə 10 noyabr sazişindən bəri sülh və sabitliyin təmin olunması üçün Azərbaycan, Türkiyə və Ermənistan arasında üçtərəfli sülh müqaviləsini daim müdafiə edib.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Hasan Oktay Metbuat.az-a açıqlamasında bildirib ki, hər hansı ön şərt qoymadan bu sülh müqaviləsinin həyata keçirilməsini istəyən Türkiyə, Azərbaycan, Türkiyə və Ermənistan arasında sülhün təminatçısı olmaq niyyətindədir:

“Trampın Rusiyaya qarşı apardığı diplomatiyada növbəti mərhələdə Azərbaycan mühüm rol oynayacaq. Türkiyə Cənubi Qafqazda sabitlik və sülhün təmin olunması ilə bağlı irəli sürdüyü üçtərəfli sülh ideyasından heç vaxt imtina etməyəcək və İlham Əliyev ilə Nikol Paşinyan arasındakı münasibətlərin davam etməsi üçün əlindən gələni edəcək. Hesab edirəm ki, Avropa İttifaqının enerji ehtiyaclarının qarşılanması prosesi də Azərbaycanı ən önəmli dövlətlər sırasında yüksəldəcək. Enerji nəqli xətlərinin keçdiyi coğrafiyada sabitliyə önəm verən Qərb ölkələri, 10 noyabr 2020-ci ildə imzalanmış Ermənistan-Rusiya-Azərbaycan atəşkəs sazişinin daimi sülh müqaviləsinə çevriləcəyini gözləyirlər. Ümumiyyətlə, Vaşinqtonda atılan imzalar sülh üçün ümid yaradıb. Tramp-Putin görüşündən sonra dünya strategiyasında baş verə biləcək mümkün dəyişikliklər və inkişaflar Cənubi Qafqaz məsələsini üçüncü plana ata bilər. Buna görə də Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin izləyicisi olmağa, eləcə də Ermənistan və Azərbaycan arasında vasitəçi kimi fəaliyyət göstərməyə davam edəcək”.

Hasan Oktayın sözlərinə görə, Türkiyə Vaşinqtondakı görüşün 20 iyun tarixində İstanbulda keçirilməsi üçün böyük səylər göstərsə də, şərait belə bir toplantının İstanbulda keçirilməsinə imkan verməyib:

“Türkiyənin tezisi odur ki, üçtərəfli sülh təmin edildiyi halda Ermənistanın bütün yolları Türkiyə və Azərbaycan tərəfindən istifadə ediləcək və bu, daimi sülh müqaviləsinin maddələrində yer alacaq. Hazırda İran və Rusiyadan gələn səssiz etiraz siqnalları regionda dolaşdığı üçün həm Ermənistan, həm Azərbaycan bu prosesdən zərər görmədən çıxmaq istəyirlər. Bunun həlli yolu isə Türkiyənin üçtərəfli sülh müqaviləsi ilə ölkələrin bir-birinə sərhəd keçidlərini açması və Azərbaycanın Naxçıvana rahat keçidinin təmin edilməsidir”, -– deyə Hasan Oktay qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Avqust 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri