Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Tarixi Zəfər, diplomatik uğur və yeni sülh epoxası

Tarixi Zəfər, diplomatik uğur və yeni sülh epoxası

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Tarix müharibələrdə qələbə qazanan çoxlu liderlər tanıyır. Prezident İlham Əliyev isə həmin liderlər sırasında qələbəni dayanıqlı sülhün siyasi və hüquqi əsaslarının yaradılmasına yönəltməklə müstəsna yer tutur. Məhz bu baxımdan Azərbaycan liderinin ortaya qoyduğu siyasi iradə müasir beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dünyada müharibədən qalib ayrılaraq sülhün siyasi və hüquqi əsaslarını yaradan yeganə lider kimi yadda qalıb. Bu böyüklüyün əsl miqyası bəşəriyyət tərəfindən bu gün də, sabah da, zaman keçdikcə də daha dərindən dərk olunacaqdır.

Prezident İlham Əliyev işğalın, nisgilin və tarixi ədalətsizliyin yükünü xalqın çiyinlərindən götürən şanlı sərkərdə kimi artıq Azərbaycanın epoxal tarixinin ayrılmaz simasıdır. Onun adı Zəfər salnaməsinin ən parlaq səhifələrində qürur, ehtiram və sevgi ilə yazılıb, gələcək nəsillər tərəfindən də daim hörmətlə xatırlanacaq. Necə ki, tarix xalqlarının taleyini dəyişən böyük sərkərdələri və dövlət xadimlərini unutmur, cənab İlham Əliyevin adı da Azərbaycan dövlətçiliyinin ən şərəfli salnaməsində əbədi yaşayacaq. Ali Baş Komandan, eyni zamanda qalib xalqın və qalib dövlətin lideri kimi sülh prosesinə də ləyaqət, qətiyyət və siyasi uzaqgörənliklə rəhbərlik etdi. 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarında əldə olunan razılaşma və sülh sazişinin paraflanması bunun ən parlaq təzahürü oldu. Hərb meydanında tarixi Zəfərin memarı, sülh masasında isə yeni tarixin müəllifi olan Ali Baş Komandan Azərbaycan dövlətçiliyinin gələcək əsrlərinə uzanan yeni bir epoxanın əsasını qoydu.
Diplomatiya meydanında da Azərbaycanın milli maraqlarını qətiyyətlə və ləyaqətlə qoruyan Prezident İlham Əliyev bu dəfə bütün dünyaya dövlətçilik, liderlik və əsl vətənpərvərlik nümunəsi nümayiş etdirdi. Paraflanan Sülh Sazişi ilə regionun gələcəyinə təsir göstərəcək mühüm razılaşmalar əldə olundu. Belə ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə xitam verilməsi məqsədilə birgə müraciət etmək barədə razılığa gəldilər. Eyni zamanda, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması istiqamətində əməkdaşlığın əsası qoyuldu. Bununla da Azərbaycan uzun illər ərzində strateji əhəmiyyət daşıyan maneəsiz Naxçıvan bağlantısının təmin olunması yolunda mühüm diplomatik uğura imza atdı. ABŞ Prezidentinin 907-ci düzəlişin dayandırılması ilə bağlı qərarı isə Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı ölkəmizin artan beynəlxalq nüfuzunun və prinsipial mövqeyinin növbəti təsdiqi kimi tarixə düşdü.
Vaşinqton səfəri Azərbaycan ABŞ münasibətlərinin son illərdə keçdiyi mürəkkəb mərhələdə yeni dönüş yaratdı. Bayden–Blinken administrasiyasının ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzli yanaşmanın yaratdığı gərgin siyasi mühit Prezident İlham Əliyevin ABŞ-da yüksək dövlət səviyyəsində qəbul olunması ilə əhəmiyyətli dərəcədə dəyişdi. Bu da Azərbaycanın beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və sivil dialoqa sadiqliyinin növbəti təsdiqi oldu. Keçirilən görüşlər və verilən siyasi mesajlarla rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin qarşılıqlı etimad, etibarlı tərəfdaşlıq və praqmatik əməkdaşlıq prinsipləri əsasında inkişafı üçün yeni mərhələnin əsası qoyuldu. Prezident Donald Tramp tərəfindən Ağ Evin rəmzi açarının böyük lider İlham Əliyevə təqdim edilməsi ölkəmizin dünyanın aparıcı dövləti ilə son illərdə süni şəkildə gərginləşdirilmiş münasibətlərdə yaranmış düyünləri açan tarixi siyasi mesaj kimi yadda qaldı. Prezident Donald Trampın dövlət başçımıza xitabən səsləndirdiyi “Siz böyük lidersiniz” sözləri və Ağ Evin rəmzi açarını yalnız çox nadir hallarda təqdim etdiyini vurğulaması Prezident İlham Əliyevin beynəlxalq siyasi nüfuzunun ən parlaq etiraflarından biri idi.
Beləliklə, Prezident İlham Əliyevin ötənilki Vaşinqton səfəri müasir tariximizin böyük siyasi hadisəsi oldu. Vaşinqtonda paraflanan sənədlər Cənubi Qafqazın gələcək siyasi xəritəsinin hansı prinsiplər üzərində qurulacağını ortaya qoydu. Dövlət başçısının qətiyyəti sayəsində region ilk dəfə olaraq sülhün, nəqliyyatın və iqtisadi inteqrasiyanın əsas məkanına çevrilmək imkanı qazandı. Azərbaycan lideri ölkəmizin milli maraqlarına tam cavab verən siyasəti ilə diplomatiya masasında da qalib tərəfin kim olduğunu dünyaya göstərdi. Prezident İlham Əliyev Vaşinqtonda paraflanan sənədlərlə formalaşan geosiyasi reallığın müəllifi, Cənubi Qafqazı sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı kimi tarixə düşdü. Dövlət başçısı qətiyyətli siyasəti ilə ən mürəkkəb geosiyasi düyünləri belə həll etməyə qadir olduğunu bu dəfə də sübut etdi.

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Avqust 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri