“Tariximiz xilasımızdır, ona xüsusi qayğı göstərməliyik”
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Tariximiz – xilasımızdır, buan görə də tariximizə xüsusi qayğı göstərməliyik”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, tariximizin əbədiləşdirilməsi və təbliği yalnız keçmişimiz deyil, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir:
“Tarix sadəcə keçmiş, başa çatan, sonlanan hadisələr, ömürlər, yaşanan olaylar deyil. Tarix həm də gələcəkdir. Tarixinə yaxşı bələd olan, onu yaxşı mənimsəyən hər bir xalq gələcəyini doğru şəkildə müəyyən edə, əzmlə irəliləyə bilir.
Bu baxımdan biz də öz tariximizə həssaslıqla yanaşmalı, onun yazılması, sənədləşməsi, əbədiləşməsi üçün hər bir imkandan istifadə etməliyik. Eyni zamanda, çalışmalıyıq ki. gənclərimiz, eləcə də gələck nəsillər tariximizi ruhən, qəlbən mənimsəsinlər, dostlarımızı da, düşmənlərimizi də tanısınlar. Yalnız bu halda biz gələcək təhlükələrdən qoruna, bizə yönəlik hücumları uğurla dəf edə bilərik. Unutmamalıyıq ki, bizim erməni kimi qonşumuz var. Bu isə o deməkdir ki, biz ikiqat diqqətli olmalı, öz tariximizi digər xalqlardan ikiqat yaxşı öyrənməliyik”.
Seymur ƏLİYEV
Baxış sayı:53
Bu xəbər 05 Mart 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















