Icma.az
close
up
RU
Tariximizin 20 noyabr günü Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Tariximizin 20 noyabr günü Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kökü tarixin dərinliklərinə söykənən Azərbaycan füsunkarlığı, maddi və mənəvi zənginliyi ilə zaman -zaman yağı fitnəkarlığının hədəfinə çevrilərək tarixən amansız sınaqlarla üz-üzə qalmış, döyüş meydanına çevrilmişdir. Bu yurdun cəsur xalqı bütün sınaqlara sinə gərərək öz əzmini, vüqarını qoruyaraq əsrlərdən-əsrlərə rəşadətlilik, vətənpərvərlik kimi dəyərləri ötürmüş, tarixin daş yaddaşında əbədi qəhrəmanlıq örnəyi kimi mənəvi abidə ucaltmağı bacarmışdır.

XX əsrdə Ana yurdumuzun dilbər guşəsi Qarabağ qonşu Ermənistan seperatçılarının yeni bir fitnəkarlığı ilə üzləşərək tarixin ən acı faciələrinə məruz qaldı. Hələ Pənahəli xan dönəmindən yurdumuzun bu füsunkar guşəsinə göz dikən yağı min bir hiylə ilə onun dağında, daşında saxta imzalar həkk etməklə mənfur niyyətinə nail olmağa çalışsa da, bu əlçatmaz arzularını reallaşdıra bilməmişdi. Hər an məqam gözləyən erməni təcavüzkarları hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən öz çirkin niyyətlərini həyata keçirmək üçün dəfələrlə münaqişələr, müharibələr törətməyə nail olmuşdurlar. Nəhayət, XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan istifadə edən ermənilər xarici havadarlarının köməyi ilə yurdumuzun ayrılmaz hissəsi olan Qarabağı mənimsəmə iddiası ilə müharibəyə başladılar. 30 il davam edən bu müharibədə tərəfindən işğal olunmuş torpaqlarımızda nəinki insanlar, həmçinin maddi-mədəni sərvətlər məhv edilərək amansızcasına talanmışdır.

Azərbaycanın tarixən əzəli-əbədi torpaqlarındam biri olan Ağdam da belə vandallığa məruz qalmış ərazilərimizdəndir. Qədim türk dilində mənası "kiçik qala"anlamını verən Ağdam türk tayfalarının müdafiə məqsədilə tikdiyi kiçik qalalardan biri idi. Sonralar Qarabağlı Pənahəli xan tərəfindən ağ daşdan tikilən bir imarət kimi günəşdən nurlanmış ağ ev adlandırılmışdır.

Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bindan əvvəl, yəni enolit dövründə yaşamış, məşğuliyyətləri əkinçilik və maldarlıq olmuşdur. Üzərliktəpədəki tədqiqatlar Ağdamın Zaqafqaziyada zəngin abidələri olan ilk şəhər tipli yaşayış məskənlərindən olduğunu sübut edir.

Erməni qəsbkarları 1993-cu il 23 iyul tarixində Ağdamın 73 faiz ərazisini işğal altına almağa nail olmuşdular. Ağdamın 882 kvadrat kilometri rayon mərkəzi ilə birlikdə 90 kəndi işğal olunmuş, 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır.

İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. 

Bu tarixi ərazinin maddi-mənəvi abidələrlə yanaşı təbiətinə də amansız zərbə vuran düşmən meşələri kütləvi şəkildə istismar edir, flora və fauna aləmini məhv edərək kütləvi yanğınlar vasitəsilə ekoloji mühit üçün ciddi təhlükə yaratmaqdan belə çəkinməmişdir. 

Tarixin sərt sınaqlarından əzmkarlıqla çıxan cəsur Azərbaycan əsgərinin rəşadəti  və tarixin daş yaddaşında "Dəmir Yumruq”imzası ilə əbədiyyət səhifəsi açan Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin şanlı zəfəri kimi həkk olunan 44 günlük müharibənin nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan ərazisi Azərbaycana təhvil verildi. Bu isə böyük insan təlafatının qarşısını alan uğurlu siyasətin nəticəsi idi.

Ağdamın düşməndən azad edilməsilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 5790 hərbi qulluqçu "Ağdamın azad edilməsinə görə”medalı ilə təltif olundu.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.

Hazırda işğaldan azad olunmuş hər bir ərazimizdə olduğu kimi Ağdamda da bərpa-quruculuq işləri aparılmaqdadır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.

Azərbaycan tarixinin möhtəşəm səhifəsi olan 44 günlük Zəfər 30 illik həsrətə, 30 illik acılara son qoyaraq düşmənə bir daha öz zəifliyini, ədalətsizliyini sübut edən tarixi dərs oldu. Bu böyük qələbənin şahidi olan Azərbaycan xalqı Bütöv Azərbaycan üzərində qürurla dalğalanan üçrəngli bayrağımızın kölgəsində İlhamlı gələcəyin sülh nəfəsli, xoş taleli günlərinə doğru irəliləməkdədir. 

Bikə Allahverdiyeva

Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Noyabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see153

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri