Tarixin ilk amerikalı Roma PAPASI
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Amerikalı kardinal Robert Prevost Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilib.
Modern.az xəbər verir ki, XIV Leo adını alan dini lideri tarixdə ABŞ-dan olan ilk pontifikdir.
O, Sikstin kapellasında mayın 7-də axşam başlayan və mayın 8-də başa çatan konklavda seçilib.
XIV Leo ilk müraciətini sülh haqqında sözlərlə başlayıb.
Robert Prevostun 69 yaşı var. Çikaqoda anadan olub. Təhsilinə Avqustin kursları ilə başlayıb. 1977-ci ildə Avqustin ordeninə qoşulub. O, uzun müddət Cənubi Amerikada missioner olub. Bu yaxınlarda yepiskopların təyin edilməsi üzrə Vatikanın ofisinin rəhbəri vəzifəsini icra edib. O, əvvəlki Papa Fransiskin islahatlarının tərəfdarı hesab olunur.
Baxış sayı:75
Bu xəbər 08 May 2025 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















