Icma.az
close
up
RU
Tatoyan xəbərdarlıq etdi: “Bu, baş versə, erməni xalqı süni yaradılmış tayfaya çevriləcək” KONKRET

Tatoyan xəbərdarlıq etdi: “Bu, baş versə, erməni xalqı süni yaradılmış tayfaya çevriləcək” KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda hələ də “Tarixi Ermənistan” ideyası ilə yaşayanlar çoxdur. “Tarixi Ermənistan”nın hansı əraziləri əhatə etdiyini açıqlayanda isə Türkiyənin yarısı, eləcə də, Azərbaycanın, Gürcüstanın və İranın əhəmiyyətli hissəsi nəzərdə tutulur. Deməli, xəstə təxəyyüllü xalq hələ də qonşu dövlətlərə ərazi iddialarından əl çəkməyib. Belə başa düşülür ki, onların xəstə ideologiyadan əl çəkmək fikirləri yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan da hakimiyyətə gələndə bu ideyanı dəstəkləyirdi. Amma geosiyasi proseslərdən sonra Paşinyan ritorikasını dəyişməyə məcbur oldu və yeni reallığı qəbul etməkdən başqa çarəsi qalmadı. Ona görə də, Paşinyan xalqa “Tarixi Ermənistan” ideyasından əl çəkməyin vaxtının çatdığını bildirir. İndi o, real Ermənistan haqqında düşünməyi və erməni dövlətçiliyini hazırda sahib olduqları 29,743 kvadrat kilometr ərazidə möhkəmləndirməyi tövsiyyə edir.

Paşinyanla razılaşmayan qüvvələrə görə, baş nazir bununla erməni ideologiyasını məhv edir. Onlar hesab edir ki, milli ideologiya qonşu dövlətlərə ərazi iddiasından başlayır. Bu, əslində işğalçılıq siyasətidir və Ermənistan buna görə bir dəfə cəzalanıb. İndi Ermənistanın ikinci dəfə cəzalanmasından qorxan Paşinyan revanşist qüvvələrin “Tarixi Ermənistan” ideyasını boş və mənasız hesab edir.

Erməni politoloq Suren Surenyantsın fikirincə, əsl Ermənistan 1990-91-ci illərdə 1988-ci il ümumxalq hərəkatının dəyər platformasında təməli qoyulmuş Ermənistandır. Orada isə Azərbaycan ərazilərinin işğalı nəzərdə tutulurdu və bunu Ermənistan havadarlarının köməyi ilə 1992-1994-cü illərdə həyata keçirdi. Surenyants və onun həmfikirləri hesab edirlər ki, real Ermənistan 1994-2020-ci illərə qədər mövcud olub. Yenə Azərbaycana ərazi iddiası və işğalı davam etdirmək planı nəzərdə tutulur. Amma 2020-ci ildə onların real Ermənistan adlandırdıqları “ərazi” cəmi 44 günə azad edildi və Ermənistan Paşinyanın təbirincə desək, özünün 29,743 kvadrat kilometr ərazisinə sığındı. Bolşevik Rusiyasının Azərbaycandan qoparıb Ermənistana verdiyi 20 min kvadrat kilometrlik ərazidə dövlət quran Ermənistan indi çətin vəziyyətlə üzləşib.

Politoloq Surenyants da real Ermənistanı qəbul etmir: “Nikol Paşinyan istər müharibədən əvvəlki, istərsə də sonrakı dövrlərdə apardığı avantürist siyasəti ilə Ermənistanın qəbirqazanına çevrilib. ABŞ və Rusiya arasında yüksək səviyyəli təmaslar nikbinlik üçün müəyyən əsaslar yaratdıqda, Paşinyan yenidən hadisələrin beynəlxalq kontekstinə zidd, dövlətçiliyimizə və onun maraqlarına heç bir aidiyyatı olmayan avantürist hesablamalar aparır”.

Əslində erməni politoloqun nəyə eyham vurması, hansı mətləblərə işarə etməsi hər kəsə aydındır. ATƏT-in Minsk Qrupunda təmsil olunan iki dövlətin bir qədər yaxınlaşmasından ermənilər yararlanmaq niyyətindədir və ona görə də, Köçəryan mətbuat konfransında bildirirdi ki, nəyin hesabına olursa-olsun Minsk Qrupu saxlanılmalıdır. Onlar “münaqişəni” saxlamaq və gələcəkdə yenidən Minsk Qrupu formatında müzakirəyə çıxartmaq niyyətindədirlər.

Surenyants da ABŞ və Rusiya danışıqlarından faydalanacaqlarını düşünür. Paşinyan isə Ermənistan Konstitusiyasının dəyişdirilməyin vacibliyini vurğulayır. Baş nazirin konstitusiya ilə bağlı fikirləri Ermənistanda revanşsit qüvvələr arasında “soyuq duş” effekti yaradıb. Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan bildirib ki, Konstitusiyanın dəyişdirilməsi ilə bağlı qondarma əsaslandırma Ermənistanı işğalçı dövlətə, bizi isə təcavüzkar xalqa çevirir. Bundan sonra erməni xalqı süni yaradılmış tayfaya çevriləcək”. Uzun illər Ermənistanda insan haqlarının müdafiəçisi rolunda çıxış edən, əslində faşist ideologiyasının daşıyıcılarından biri olan Tatoyan ölkəsinin işğalçı olmasını qəbul edə bilmir. Ermənistan hələ də, anklav kəndlərimizi geri qaytarmayıb, üstəlik Naxçıvanı 35 ildir blokada vəziyyətində saxlayır. Erməni ictimaiyyəti də özlərinin mahiyyətini anlayır və bilir ki, onlar süni yaradılan tayfadır və bu barbar tayfasının işi ancaq qonşu xalqlara ərazi iddiası irəli sürməkdir. Ancaq özləri də yaxşı bilir ki, Azərbaycan bu işə birdəfəlik son qoyub.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri