Icma.az
close
up
RU
Tatyana Molçan: BMT Azərbaycanın ekoloji fəaliyyətlə bağlı səylərini alqışlayır

Tatyana Molçan: BMT Azərbaycanın ekoloji fəaliyyətlə bağlı səylərini alqışlayır

BMT Azərbaycanın ekoloji fəaliyyətlə bağlı səylərini alqışlayır.

"Report" xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının məsul katibi Tatyana Molçan COP29 çərçivəsində gündəliyə salınmış BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi məqsədlərinə nail olunmasına töhfə verən ölkələrin sayının artması biomüxtəlifliyin qorunmasında da rol oynayır:

"Biz davamlı kənd təsərrüfatının inkişafına kömək etməyə necə nail ola biləcəyimizi görəcəyik. Bununla bərabər, tullantıların idarə olunması mərkəzi yaratmışıq və həmçinin hava keyfiyyətinin monitorinqinə böyük diqqət yetiririk. Xüsusilə yüksək qiymətləndirdiyim nailiyyətlərdən biri Yaşıl Təbii Xəstəxanaların yaradılmasıdır".

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:51
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri