Taun, yoxsa vəba? Rusiyada üzə çıxan xəstəlik hansıdır?
Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər Rusiyada yayılan xəbərlərlə bağlı “taun” və “vəba” sözləri tez-tez qarışdırılır. Bəzən xəbər mənbələrində taun, digərində isə vəba yazıldığını görürük. Bəs bunlar eyni xəstəlikdir?
Medicina.az xəbər verir ki, Taun və vəba iki tamamilə fərqli yoluxucu xəstəlikdir.
Taun rus dilində “ÇUMA”, tibbi adı ilə plague adlanır. Xəstəliyin törədicisi Yersinia pestis bakteriyasıdır. Taun əsasən gəmiricilər və onların üzərində yaşayan birələr vasitəsilə yayılır. Ağciyər taunu formasında isə insandan insana hava-damcı yolu ilə keçə bilər.
Vəba isə rus dilində XOLERA, tibbi adı ilə cholera adlanır. Onun törədicisi Vibrio cholerae bakteriyasıdır. Vəba əsasən çirklənmiş su və qida vasitəsilə yayılır və ən xarakterik əlaməti güclü, sulu ishal və sürətli susuzlaşmadır.
Bu iki xəstəliyin adlarının qarışdırılmasının səbəblərindən biri də “vəba” sözünün gündəlik və tarixi mətnlərdə bəzən ümumi olaraq böyük epidemiya mənasında işlədilməsidir. Amma müasir tibbi terminologiyada bunlar qətiyyən eyni xəstəlik deyil.

Ona görə Rusiyada hansı xəstəlikdən söhbət getdiyini müəyyən etmək üçün xəbərdə rusca “чума”, yoxsa “холера” yazıldığına baxmaq lazımdır.
İrkutsk şəhərində laboratoriyadan sızan və 2 nəfərin ölümündə şübhəli bilinən isə taundur. Bu söz elə azərbaycan dilində də belə səslənir.
AYGÜN MUSAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 08 Oktyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















