Taylandda itkin düşən reper xəstəxanada tapıldı Vəziyyəti ağırdır
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Bir müddətdir itkin düşdüyü bildirilən qazaxıstanlı reper Darxan Jumabek tapılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun Taylanddakı xəstəxanalardan birində olduğu məlum olub.
Bu barədə sənətçinin klip rejissoru Parassat Ibrayev məlumat verib.
Çəkiliş qrupunun sözlərinə görə, musiqiçinin harada olduğu barədə məlumatı yerli sakinlər veriblər. Hazırda Darxan Jumabek həkim nəzarəti altında müalicə alır.
Hadisənin necə baş verdiyi və reperin səhhətinin dəqiq vəziyyəti hələlik açıqlanmayıb. Məlumata görə, həkimlər hazırda onun yanına hətta yaxın dostlarının və tanışlarının da daxil olmasına icazə vermirlər.
Bununla belə, sənətçinin komandası pərəstişkarlarını sakitləşdirərək onun vəziyyətinin ciddi olduğunu, lakin həyati təhlükəsinin olmadığını bildiriblər.
Komanda nümayəndələrinin sözlərinə görə, Darxan Jumabek səhhəti bərpa olunduqdan sonra baş verənlərlə bağlı ictimaiyyətə özü məlumat verəcək.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 22 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















