Tayson Barker: “Ukraynanın ehtiyatları...”
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“Ukraynanın ABŞ-ın ümid etdiyi qədər faydalı qazıntılara malik olduğuna dair heç bir dəqiq sübut yoxdur”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "El Mundo" ABŞ-ın Ukraynanın iqtisadi bərpası üzrə keçmiş xüsusi nümayəndəsinin müavini Tayson Barkerə istinadla məlumat yayıb.“Hazırda heç kim əminliklə deyə bilməz ki, Ukraynada kifayət qədər nadir torpaq metalları var. Neft, qaz, litium və qrafit ehtiyatları mövcuddur, amma bunlar dünya miqyasında ən iri yataqlar sayılmır”, - deyə Barker bildirib.
Nəşr yazıb ki, Donald Tramp administrasiyasının Ukraynanın resursları ilə bağlı istinad etdiyi məlumatlar artıq köhnəlib.Vaşinqtonla Kiyev arasında nəzərdə tutulan müqaviləyə isə heç bir şirkət maraq göstərmir, çünki bu əməkdaşlıqdan iqtisadi mənfəət gözlənilmir.
Məqalədə həmçinin qeyd olunur ki, bu təşəbbüs ABŞ-nin Ukraynaya təzyiq göstərmək cəhdi kimi görünür və hələ də aydın deyil Ukraynanın ehtiyatları bu razılaşmalar üçün kifayət edəcəkmi.
Səbinə Uğur
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















