Tayvanda qripdən bir həftədə 44 nəfər ölüb
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Tayvanda sentyabrın 29-dan oktyabrın 5-dək qripin ağır gedişinə 219 yoluxma və 44 ölüm halı qeydə alınıb.
Bu barədə adanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu, 2025-2026-cı illər qrip mövsümünün əvvəlindən etibarən bir həftə ərzində qeydə alınan ən yüksək göstəricilərdir.
Ağır qrip hallarının və ölüm sayının həftəlik maksimum səviyyədə qalması səbəbindən adada epidemioloji vəziyyətin davam etdiyi qeyd olunub.
Məlumata görə, qrip virusunun A tipi üstünlük təşkil edir. Qeydə alınan yoluxma hallarının 90,7 faizini H1N1 ştammı təşkil edir.
Rəsmi statistikaya əsasən, 2025-ci il oktyabrın 1-dən 2026-cı il sentyabrın 30-dək Tayvanda qripin ağır gedişinin 1 862 halı qeydə alınıb. Bu müddətdə xəstəlikdən 378 nəfər ölüb.
Ağır xəstəlik hallarının böyük hissəsi 65 yaşdan yuxarı şəxslər və xroniki xəstəlikləri olan insanlar arasında qeydə alınıb.
///report///
Baxış sayı:99
Bu xəbər 07 Oktyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















