“Bu, hər iki ölkənin iqtisadiyyatına böyük təsir göstərəcək”
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elnur Eltürk: “Türk iş adamları bu prosesdə fəal olmalıdırlar”
“23 dekabr 2025-ci il tarixində Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun keçirilməsi iki qardaş ölkə arasında iqtisadi əlaqələrin daha da güclənməsinə gətirib çıxaracağına inanıram. Forum iki ölkənin iş adamlarının bir-birini yaxından tanışlığına və işgüzar münasibətlərin yaranmasına səbəb olacaq”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib.
E.Eltürk bildirib ki, forumun yüksək səviyyədə təşkili bir daha onu göstərir ki, iki ölkə münasibətlərinin strateji inkişafına dair real yanaşma var: “Həm də belə forum keçirilməsi birgə yatırımların qoyuluşunu gücləndirməkdə maraqlı olduğunu göstərir. Bu gün Azərbaycan-Türkiyə istər texnoloji, istər enerji, kənd təsərrüfatı istərsə də insan kapitalına yatırımların qoyulmasında maraqlıdır. Qarşılıqlı yatırımlarla bağlı ciddi rəqəmlər var. Baş nazir Əli Əsədov Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında diqqət çəkən açıqlama verib. Baş nazir qeyd edib ki, bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyub. Ümumilikdə 40 milyard dollara yaxın yatırım var. Hesab edirəm ki, kifayət qədər böyük yatırımdır. Bununla kifayətlənmək olmaz. Təkcə SOCAR Türkiyəyə 19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorlarından birinə çevrilməsi faktı Azərbaycanın münasibətlərə real yanaşmasına diqqət çəkir”.
Araşdırmaçı-ekspert əlavə edib ki, forumda ən çox diqqətə çəkən məqamlardan biri də türk iş adamlarının Azərbaycana yatırım qoymaları ilə bağlı çağırışların səsləndirilməsi oldu: “Baş nazir Əli Əsədov da çıxışında Ələt Azad İqtisadi Zonasına türk iş adamlarına yatırım qoymaqda fəal olmağı çağırdı. Ələt Azad İqtisadi Zonasının inkişaf etdirilməsi Azərbaycanın regionun logistik mərkəzə çevriləcəyi proqnozlaşdırılır. Bu istiqamətdə real addımlar atılır. Zəngəzur dəhlizinin açılışı regionda iki qardaş ölkənin iqtisadiyyatında yeni canlanmaya səbəb olacaq, hər iki ölkənin iqtisadiyyatına böyük təsir göstərəcək. İndidən türk iş adamları bu prosesdə fəal olmalı, öz töhfələrini verməlidirlər. Əlaqələrimizin inkişafında strateji təminatlardan biri də iki ölkə liderləri arasında qardaşlıq və işgüzar münasibətlərin olmasıdır. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan münasibətlərin inkişafını daim diqqətdə saxlayırlar və bütün lazımı addımlar atırlar. Ən kritik məqamda belə bir-birinə birgə dəstəyini kənarda qoymurlar. Bu faktın özü diqqətdən çox şeyi ifadə edir”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 Dekabr 2025 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















