Icma.az
close
up
RU
Tbilisidə 31 Mart soyqırımı, Qərbi Azərbaycana Qayıdış və mina problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Tbilisidə 31 Mart soyqırımı, Qərbi Azərbaycana Qayıdış və mina problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Tbilisidəki Azərbaycan Mədəniyyət Müzeyində "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü", "Qərbi Azərbaycan - Geri qayıtmaq hüququ: Ermənistandan zorla qovulmuş azərbaycanlılar üçün ədalətin təmin edilməsi" və "Azərbaycanda minalardan təmizləmə: prioritetlər və ehtiyaclar" mövzularına həs olunmuş beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Belarus səfiri Lis Vasilyeviç, Türkmənistanın səfiri Dövlətmurat Seyitməmmədov, diplomatik korpusun nümayəndələri, ekspertlər, elm adamları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə Ağdaban faciəsinin 33-cü ildönümü qeyd olunub, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktları, xüsusən də 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və Azərbaycanın digər bölgələrində törətdikləri vəhşiliklər, soyqırımı barədə ətraflı məlumat verib.

Beynəlxalq ictimaiyyətə müraciət edən diplomat bildirib ki, 31 Mart Azərbaycanlıların Soyqırımı beynəlxalq səviyyədə tanınmalı və ermənilərin törətdikləri vəhşiliklər beynəlxalq səviyyədə qınanılmalıdır.Onun sözlərinə görə, azərbaycanlılara qarşı törədilmiş cinayətlərin, qırğınların beynəlxalq ictimaiyyət tərəfindən soyıqırmı kimi tanınması təkcə Azərbaycan üçün həlledici deyil. Bu eyni zamanda, bu cür insanlıq əleyhinə olan cinayətlərin bir daha təkrarlanmaması baxımından mühüm əhəmiyyət kəsb edir.

Diplomat çıxışında işğaldan azad olunan ərazilərdə davam edən mina hadisələrinə də toxunub. O, bir neçə gün öncə Ağdamda mina partlayışı nəticəsində ikisi uşaq olmaqla üç nəfərin ciddi xəsarət aldığını diqqətə çatdırıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə müasir avadanlıqların tətbiqi ilə mina təmzilənməsi işləri davam etdirilir və bu istiqamətdə mühüm irəliləyişlər əldə olunub.

Gürcü politoloq, tarix elmləri doktoru Badri Nackebia isə 31 Mart soyqırımı və digər faciələr barədə ətraflı məlumat verib. Bildirib ki, istər 107 il bundan əvvəl, istərsə də 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş cinayətlər beynəlxaıq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmalıdır.

Sonra 31 Mart Azərbaycanlıların soyqırımı haqqında sənədli film nümayiş etdirilib.

Konfrans “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”, “Qərbi Azərbaycan - Geri qayıtmaq hüququ: Ermənistandan zorla qovulmuş azərbaycanlılar üçün ədalətin təmin edilməsi” və “Azərbaycanda minalardan təmizləmə: prioritetlər və ehtiyaclar” mövzularında panel iclaslarla işini davam etdirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri