Icma.az
close
up
RU
Tbilisidə etirazçılar nəqliyyatın hərəkətini dayandırıblar

Tbilisidə etirazçılar nəqliyyatın hərəkətini dayandırıblar

Gürcüstanın paytaxtında xüsusi təyinatlı qüvvələr tərəfindən Rustaveli prospektindən uzaqlaşdırılan etiraz aksiyasının iştirakçıları Tbilisi Dövlət Universitetinin binasının yaxınlığındakı Çavçavadze prospektinə gedərək nəqliyyatın hərəkətini dayandırıblar.

"Ölkə.az" xəbər verir ki, mitinqçilərin Rustaveli prospektindən dağıdılması yerli vaxtla saat 7:00 radələrində baş verib. Təhlükəsizlik qüvvələri yüzlərlə vətəndaşı parlamentin yerləşdiyi prospektdən kənarlaşdırıb. Ancaq etirazçılar həmişəkindən fərqli olaraq səhər qovulduqdan sonra evlərinə dağılmayıblar, əksinə, Melikişvili prospekti ilə daha da irəliləyiblər və universitet binasının yaxınlığında bir kəsişmədə yerləşiblər.

Polis etirazçıları təqib etməyib. Aksiya iştirakçıları yolun hərəkət hissəsində yerləşirlər.

seeBaxış sayı:51
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri