Tbilisidə etirazçılar Rustaveli prospektində toplaşır
Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan etirazçılar artıq Gürcüstan paytaxtının mərkəzi prospektini bağlayıblar.
Aznews.az xəbər verir ki, toplananların Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırdığı bildirilir.
Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər edilib.
Gürcüstan hökumətinin qərarından narazı olan vətəndaşlar artıq yeddinci gündür ki, etiraz aksiyaları keçirirlər.

Tbilisidə etirazçılar Rustaveli prospektində toplaşır
04 Dekabr 2024 20:55

