Tbilisidə hökumət əleyhinə mitinq keçirilir
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər
Gürcüstan hökumətinin əleyhdarları Tbilisidə parlament binası yaxınlığında növbəti aksiyaya toplaşıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, parlamentin qarşısındakı meydan artıq insanlarla dolub. Nümayişçilər qanunvericilik binasının yerləşdiyi Rustaveli prospektini də bağlayıblar. Etirazçılar hökumətin istefasını və yeni parlament seçkilərinin təyin edilməsini tələb edirlər.
Parlamentin ətrafında güclü polis patrulları var. Qanunvericilik binasının yaxınlığındakı Azadlıq meydanında Daxili İşlər Nazirliyi artıq xüsusi texnika, o cümlədən su şırnaqları, akustik silahlar və şəxsi heyətin hərəkəti üçün avtobuslar yerləşdirib.
Baxış sayı:109
Bu xəbər 03 Dekabr 2024 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















