Tbilisidə nümayişçilər polisə qarşı boya və pirotexniki vasitələrdən istifadə ediblər
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Daxili İşlər Nazirliyinin əməkdaşları parlament binası yaxınlığında nümayişçilərin hüquq-mühafizə orqanlarının işçilərinə boya və pirotexniki vasitələr atmağa başlayandan sonra etirazçılara qarşı su şırnaqlarından istifadə ediblər.
Bu barədə “Report”un əməkdaşı hadisə yerindən məlumat verib.
Su şırnaqlarından istifadə etməzdən əvvəl təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qanundan kənara çıxamamaları barədə xəbərdarlıq edib. Bu, nümayişçilərlə polis əməkdaşları arasında vaxtaşırı toqquşmaların baş verməsi ilə əlaqədar elan edilib.
Etirazçılar polisə qarşı pirotexniki vasitələr və boya butulkalardan istifadə edərək onları toqquşmalara təhrik edirlər. Nümayişçilərin bu hərəkətləri nəticəsində xüsusi təyinatlıların böyük dəstəsi etirazçılara doğru hərəkət edib. Hazırda etirazlar davam edir.
Bu mövzuda digər xəbərlər:Tbilisidə nümayişçilər polisə qarşı boya və pirotexniki vasitələrdən istifadə ediblər
30 Noyabr 2024 00:20
Tbilisidə etirazçılar pirotexniki vasitələrdən İSTİFADƏ EDİRLƏR VİDEO
06 Dekabr 2024 00:27
Tbilisidə etirazçılar parlament binasını pirotexniki vasitələrdən atəşə tutublar
06 Dekabr 2024 02:04
Tbilisidə parlament binasını pirotexniki vasitələrdən atəşə tutuldu VİDEO
06 Dekabr 2024 00:45
Baxış sayı:73
Bu xəbər 30 Noyabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















