Icma.az
close
up
RU
TDT qlobal nizamsızlıq dövründə regional gücə çevrilir

TDT qlobal nizamsızlıq dövründə regional gücə çevrilir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə sentyabrın 29-da Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək bildirib ki, Türk Dövlətləri Təşkilatının builki Zirvə görüşü Azərbaycanda keçiriləcək. Təşkilata üzv və müşahidəçi dövlətlərin beyin mərkəzləri olaraq, Zirvə görüşlərindən əvvəl ev sahibi ölkədə öz aramızda mütəmadi görüşlər keçirməyi artıq ənənə halına salmışıq. Hətta bu istiqamətdə beyin mərkəzləri arasında memorandum imzalanıb, TDT Zirvə görüşlərinin yekun bəyannaməsində dövlət və hökumət başçıları tərəfindən bu görüşlərin davam etdirilməsi müvafiq tapşırıq olaraq müəyyən edilib. İndiyədək 10 belə görüş və konfrans təşkil etmişik. Bu gün isə 11-ci konfransı Bakıda keçiririk. 2009-cu ildən etibarən təşkilatlanma mərhələsinə keçən TDT-nin regiondakı nüfuzu daim artan xətt üzrə inkişaf edir.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman vurğulayıb ki, bugünkü konfrans bizə TDT-nin regionda və onun hüdudlarından kənarda roluna diqqət yetirmək imkanı verəcək. Dünyada baş verən sürətli dəyişikliklər, qlobal və regional səviyyədə mühüm inkişaf və çağırışlar türk coğrafiyasında əməkdaşlıq və inteqrasiyanı daha da vacib edir. Ortaq tarix, dil, mədəniyyət və ənənələrə əsaslanan qardaş türk dövlətləri arasındakı münasibətlər böyük strateji dəyər və potensial təklif edir.

Fürsətdən istifadə edərək Türk dünyasında əməkdaşlığın gücləndirilməsinə verdiyi əvəzsiz töhfələrə və dönməz dəstəyinə görə Azərbaycanı xüsusi qeyd etmək istəyirəm.

Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Jandos Şaymardanov çıxışında bildirib ki, ötən illər ərzində TDT-nin inkişaf yolu göstərdi ki, ölkələrimiz təkcə mədəni və sivilizasiyalararası əməkdaşlıq məsələlərində deyil, həm də beynəlxalq arenada Türk dünyasının roluna və yerinə dair ortaq baxış formalaşdırmaq istiqamətində yaxınlaşıb. Qlobal nizam yeni mərhələyə qədəm qoyur və bu mərhələ üç üst-üstə düşən qeyri-müəyyənlik təbəqəsi ilə xarakterizə olunur. Birincisi, geosiyasi rəqabət intensivləşərək çoxtərəfliliyin prinsiplərini parçalayır. Strateji qarşıdurmalar ticarət, təhlükəsizlik və texnologiya müstəvilərini yenidən formalaşdırır və dünyanı az proqnozlaşdırılabilən bir məkana çevirir. İkincisi, qlobal institutlar ciddi təzyiq altındadır. Üçüncüsü isə bir vaxtlar sabitlik dayağı kimi çıxış edən mexanizmlər yeni reallıqlara uyğunlaşmaqda çətinlik çəkir və əməkdaşlığa ən çox ehtiyac duyulan məqamda idarəetmədə boşluqlar yaranır. Həmçinin hibrid və transmilli təhdidlər – kiberhücumlar, dezinformasiya, iqlim dəyişiklikləri və resurs təhlükəsizliyi problemləri – sürətlə çoxalır. Bu çağırışlar sərhəd tanımır, lakin cəmiyyətlərimizin təhlükəsizliyinə, rifahına və birliyinə birbaşa təsir göstərir.

Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç isə bildirib ki, Türk dünyasında inteqrasiya prosesi heç də “blok” kimi qəbul edilməməli, əksinə, daha çox təsirli bir aktor kimi qiymətləndirilməlidir. Bu baxımdan, “regional aktor” ifadəsi daha düzgün seçimdir. Çünki “blok” anlayışı qarşıdurmanı xatırladır və bu, inteqrasiya prosesimizin mahiyyətinə ziddir.

Konfrans panel müzakirələrlə davam edib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri