Icma.az
close
up
RU
TDT regionun təhlükəsizliyinin təmin edilməsini də öz üzərinə götürməlidir ŞƏRH OLUNDU

TDT regionun təhlükəsizliyinin təmin edilməsini də öz üzərinə götürməlidir ŞƏRH OLUNDU

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mövcud, geosiyasi şərtlər əslində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin öz təhlükəsizliyini özləri tərəfindən qorunmasını zəruri edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.Onun sözlərinə görə, bilirik ki, artıq dünyada təkqütblü sistem yox, çoxqütblü dünya sistemi formalaşır: "Bu sistemdə Türk Dövlətləri Təşkilatı da regional baxımdan güc mərkəzinə çevrilir və əgər prosesin inkişafına doğru addımlar atılarsa, xüsusilə Türk Dövlətləri Təşkilatının daxilində dərin inteqrasiya prosesi həyata keçirilərək birlik daha da güclənərsə, bu coğrafiyada Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan ərazidə təşkilat regional proseslərə təsir edən gücə, hətta qlobal proseslərə təsir edə biləcək bir gücə çevrilə bilər. Burada ən önəmli məsələ təhlükəsizliyin təmin edilməsidir. Çünki əgər qlobal proseslərdə aktiv oyunçu kimi çıxış etmək istəyirlərsə, Türk Dövlətləri Təşkilatı bu regionun təhlükəsizliyinin təmin edilməsini də öz üzərinə götürməlidir. Fikrimizcə, bunun konturlarını Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsində qeyd etdi. Cənab Prezident bildirdi ki, Türk Dövlətləri Təşkilatı qarşılıqlı şəkildə hərbi təlimlər keçirməlidir. Bu, mövcud şəraitdə ən uyğun və real addımdır.Təlimlər praktiki müstəvidə hərbi əməkdaşlığı gücləndirə bilər. Mövcud şəraitdə hərbi ittifaq yaradılması perspektivi bir qədər zəif görünür. Bunun bir neçə səbəbi var: məsələn, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin bəziləri fərqli hərbi ittifaqlarda yer alırlar. Türkiyə NATO-da, bəzi Mərkəzi Asiya ölkələri KTMT-də. Belə şəraitdə hərbi ittifaq yaratmaq texniki cəhətdən çətindir. Bundan başqa, belə bir addım digər regional güclərin əks reaksiyasına səbəb ola bilər.Ona görə ən real və optimal yol rəsmi hərbi ittifaq deyil, praktiki hərbi əməkdaşlıqdır. Bu, təlimlər vasitəsilə, ortaq hərbi sənaye quruculuğu vasitəsilə və yüksək texnologiyaların paylaşımı ilə həyata keçirilə bilər.Hazırda Türk Dövlətləri Təşkilatında siyasi və iqtisadi inteqrasiya güclənməkdədir. Amma hərbi sahədə bu proses bir qədər geridə qalır. Buna görə də gələcəkdə bu sahədə addımların atılması vacibdir. Eyni zamanda yüksək texnologiyalar və rəqəmsallaşma istiqamətində də ortaq təşəbbüslərə ehtiyac var".

Müəllif: Ziya Hikmətoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri