Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

TDT zirvəsi Qəbələdə: Azərbaycan Türk Birliyinin siyasi və mədəni mərkəzinə çevrilir MÖVQE

TDT zirvəsi Qəbələdə: Azərbaycan Türk Birliyinin siyasi və mədəni mərkəzinə çevrilir MÖVQE

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün və sabah Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı, türk dünyasında həmrəyliyin, inteqrasiyanın və strateji əməkdaşlığın inkişafında yeni bir mərhələnin başlanğıcını göstərir.

Bunu Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri - Zaur Məmmədov APA-ya bildirib.

Onun sözlərinə görə, son illərdə baş tutan bu kimi zirvə görüşləri artıq sadəcə diplomatik tədbir xarakteri daşımır, eləcə də XXI əsrdə türk sivilizasiyasının siyasi, iqtisadi və mədəni dirçəlişinin parlaq göstəricisinə çevrilib: “Qəbələ Zirvəsi isə bu dirçəlişin daha da dərinləşməsinə və türk xalqlarının qlobal miqyasda birlik mesajının güclənməsinə xidmət edir.Qəbələnin ev sahibi seçilməsi təsadüfi deyil: Azərbaycanın tarixi, mədəni və geosiyasi baxımdan türk dünyasının mərkəzində yerləşməsi bu şəhəri simvolik bir məkan halına gətirib. Zirvə toplantısı türk xalqlarının birliyinin tarixi dərinliyini, strateji əhəmiyyətini və gələcəyə yönəlik yeni çağırışlarını əks etdirir. Son zamanlar Türk dünyası ətrafındakı coğrafiyalarda geosiyasi ziddiyyətlər özünü daha da qabarıq şəkildə göstərməkdədir. Dünyada ayrı – ayrı siyasi və hərbi aktorların bir – birinə qarşı apardığı amansız mübarizə, ayrı – ayrı dövlətlərin digər dövlətlərin suverenliyi və müstəqiliiklərini məhdudlaşdırmaq cəhdləri, milli dövlətlər qarşısında vacib sualı ortaya qoyur. Necə etmək lazımdır ki, milli suverenlik qorunsun və beynəlxalq strukturlar, institutlar qarşısında sərbəst siyasət yürütməyi bacarasan. Türk Dövlətləri Təşkilatlarını bir çox təşkilatdan fərqləndirən ən önəmli meyar, burada dövlətlərin bir – birinə bərabərhüquqlu əsaslarla yanaşması, qarşılıqlı hörmət və vahid maraqların olmasıdır.”

Türk dünyasında yeni reallıqlar

Politoloq qeyd edib ki, son 5 ildə Türk Dövlətləri Təşkilatı platforması üzv olan bütün dövlətlərin milli maraqlarının həyata keçirilməsində əhəmiyyətli platforma kimi çıxış edir.

Sözsüz ki, bu inteqrasiya prosesinin önündə dayanan şəxs isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Nəticədə bu gün türk dünyası yalnız humanitar sahədə, mədəni baxımdan deyil, həm də siyasi, iqtisadi və hərbi baxımdan real inteqrasiyaya doğru irəliləyir. 44 günlük müharibədən sonra Azərbaycanın da xüsusi iştirakı ilə türk dövlətləri arasında qəbul olunan qərarlar, imzalanan sənədlər və verilən bəyanatlar türk dövlətlərinin koordinasiyalı xarici siyasət, vahid iqtisadi məkan və birgə müdafiə konsepsiyası istiqamətində iradəsini nümayiş etdirməkdədir. Halbuki, müdafiə və təhlükəsizliklə bağlı nəinki əməkdaşlıq, heç düşünmək belə 2020 - ci ilə qədər mümkün deyildi. Son nailiyyətlər sırasına Türk iqtisadi inteqrasiyası və Orta Dəhliz və Zəngəzur dəhlizinin açılması ilə türk ölkələrinin Avrasiya məkanında vahid iqtisadi arteriya kimi formalaşmasını, birgə təhlükəsizlik mexanizmləri kimi Türk Müdafiə Alyansının yaradılması ideyasını qeyd etmək olar. Elm, təhsil və mədəniyyət sahəsində vahid platforma kimi isə Türk Akademiyasının və Türk Mədəniyyət Fondu nun rolunu, rəqəmsal transformasiya və enerji əməkdaşlığında isə Xəzər regionu ilə Mərkəzi Asiya arasında enerji körpüsünu vurğulamaq yerinə düşər,” deyə Z. Məmmədov əlavə edib.

Siyasi birlik

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev türk birliyinin ideoloji və institusional formalaşmasında sistem yaradan lider kimi çıxış edir: “Onun təşəbbüsü ilə türk dövlətləri arasında əməkdaşlıq artıq sadəcə “mədəni qardaşlıq” çərçivəsini aşaraq praktik siyasi və iqtisadi sintezə çevrilib. Azərbaycan Prezidenti türk dövlətlərinin beynəlxalq arenada vahid mövqedən çıxış etməsinin vacibliyini daim vurğulayıb. Bu baxımdan Qarabağ müharibəsindən sonrakı mərhələdə türk ölkələrinin Azərbaycanla həmrəyliyi türk diplomatiyasının yeni modelini formalaşdırdı: “bir millət – çox dövlət, amma vahid strateji xətt”.

Hərbi və nəqliyyat inteqrasiyası

Türkiyə və Azərbaycan arasında “Bir millət, iki dövlət” konsepsiyası artıq TDT məkanında kollektiv təhlükəsizlik ideyasına çevrilməkdədir. Bu istiqamətdə real mexanizmlərin yaradılmasına — birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı, hərbi texnologiya mübadiləsi genişlənməkdədir. Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizi ideyası türk coğrafiyasının Avrasiya iqtisadi sisteminə bağlanmasını təmin edən strateji layihə kimi dəyərləndirilir. Bu dəhliz Türk Dövlətlərini Avropa və Asiya arasında yeni logistik xəttlə birləşdirəcək və TDT-ni qlobal ticarətin mərkəzinə çevirəcək,” deyə o, bildirib.

Türk sivilizasiyasının oyanışı.

Politoloqun qənaətincə Prezident İlham Əliyev türk birliyini təkcə siyasi layihə deyil, həm də sivilizasion model kimi təqdim edir: “Onun çıxışlarında tez-tez səsləndirdiyi “türk dünyasının gələcəyi birliyimizdədir” fikri artıq strateji fəlsəfəyə çevrilib. Azərbaycan türklüyün, islam mədəniyyətinin və müasir dövlətçilik modelinin sintezini göstərərək, multikulturalizm və milli identiklik arasında tarazlığı qoruyan örnəkdir. Nəticə etibarilə bu gün birmənalı şəkildə qeyd edilməldir ki, Türk tarixində indiyə qədər heç bir dövrdə türk xalqları bu qədər vahid strateji platformada, bu qədər həmrəy və güclü şəkildə bir araya gəlməmişdi. Azərbaycanın da iştirakı və mühüm töhfələri ilə yuxarıda sadalananlar bu prosesin zirvəsini təşkil edir. Prezident İlham Əliyev bu gün təkcə Azərbaycanın milli maraqlarını müdafiə edən dövlət başçısı deyil, həm də bütün türk dünyasının strateji birliyinə, siyasi və mədəni inteqrasiyasına töhfə verən lider kimi çıxış edir. Onun təşəbbüsləri nəticəsində Türk Dövlətləri Təşkilatı qlobal səviyyədə daha təsirli platformaya çevrilib, türk birliyi ideyası isə real siyasi və iqtisadi məzmun qazanıb. İlham Əliyevin fəaliyyəti türk sivilizasiyasının XXI əsrdə yenidən formalaşmasında, onun beynəlxalq nüfuzunun artmasına təkan verir və bu fəaliyyət , tarixdə türk dünyasının yeni mərhələsinin əsasını qoyan liderlik missiyası kimi qalacaq.”

Türk dünyasının ortak gələcəyinə doğru strateji addım

Türk Dövlətləri Təşkilatının Azərbaycanda baş tutan toplantıları, o cümlədən Qəbələ toplantısı türk xalqlarının gələcək onilliklərdə vahid iqtisadi məkan, güclü hərbi sistem və dərin mədəni sintez şəklində formalaşacağına işarə olduğunu qeyd edən politoloq əlavə edib ki, bu zirvə, əslində, türk dünyasının qarşıdakı illərdə hansı istiqamətdə inkişaf edəcəyinin strateji xəritəsini təqdim edir.

Qəbələdə iki gün ərzində müzakirə olunacaq məsələlər, qəbul ediləcək sənədlər və liderlərin qarşılıqlı etimada əsaslanan çıxışları göstərir ki, artıq türk dövlətləri təkcə ortaq keçmişə deyil, həm də ortaq gələcəyə malik olmaq əzmindədirlər. Bu, təkcə regional əməkdaşlıq deyil, həm də qlobal güc mərkəzi kimi formalaşan yeni türk sivilizasiyasının doğuluşudur. Azərbaycan isə bu prosesin həm siyasi, həm ideoloji, həm də coğrafi mərkəzində dayanır.

Əminliklə vurğulamaq olar kı, Türk Dövlətləri Təşkilatı gələcəkdə Böyük Avrasiyanın sabitliyi və təhlükəsizliyində mühüm rol oynaya biləcək əsas regional güc mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Təşkilatın üzv dövlətləri geosiyasi mövqelərinə, enerji resurslarına, nəqliyyat-kommunikasiya imkanlarına və mədəni yaxınlıqlarına görə Avrasiyanın strateji dayaqları hesab olunur. Əgər bu istiqamətdə inteqrasiya prosesi davamlı və məqsədyönlü şəkildə dərinləşərsə, TDT təkcə türk xalqlarının birliyini deyil, həm də Avrasiyada sabitlik, enerji təhlükəsizliyi və sivilizasiyalararası əməkdaşlığın təminatçısını təmsil edə bilə,” deyə o, bildirib.

Naxçıvan Müqaviləsi TDT-ni siyasi platformadan beynəlxalq güc mərkəzinə çevirdi

Politoloq Zaur Məmmədov qeyd edir ki, Türk Dövlətləri Təşkilatının (TDT) formalaşması və hazırkı fəaliyyəti türk dünyasının inteqrasiya prosesində strateji mərhələni ifadə edir.

Onun sözlərinə görə, təşkilatın əsası Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən qoyulub, 2019-cu ildə isə Özbəkistanın üzvlüyə qəbul edilməsi qurumun regional və beynəlxalq nüfuzunu daha da gücləndirib: “Naxçıvan müqaviləsi ilə təsbit olunan məqsədlər TDT-nin yalnız siyasi bir platforma olmadığını, həm də sülhün qorunması, təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi, eləcə də iqtisadi, mədəni, elmi, texniki və humanitar sahələrdə dərin əməkdaşlıq üçün mühüm mexanizmə çevrildiyini göstərir. Müqaviləyə əsasən, təşkilat üzv dövlətlər arasında qarşılıqlı etimadın və dostluğun gücləndirilməsini, türk xalqlarının zəngin mədəni-tarixi irsinin tanıdılmasını və birgə təşviqini hədəfləyir. TDT-nin institusional strukturu da bu məqsədlərə xidmət edir. Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası və Katiblik təşkilatın əsas orqanlarını təşkil edir. Bundan əlavə, parlamentlərarası əməkdaşlığı dərinləşdirmək üçün 2008-ci ildə İstanbul Sazişi əsasında yaradılmış TÜRKPA, eləcə də TÜRKSOY, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının ortaq elmi, mədəni və təhsil məkanının formalaşmasında mühüm rol oynayır.”

Zaur Məmmədov vurğulayır ki, Dövlət Başçıları Şurası TDT-nin ali qərarverici orqanıdır və ildə bir dəfə keçirilən Zirvə görüşlərində təşkilatın gələcək prioritetləri, beynəlxalq proseslərə münasibəti və əməkdaşlıq istiqamətləri müəyyən olunur: “Bu baxımdan, Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü xüsusi əhəmiyyət daşıyır. Zirvənin sonunda Təşkilata sədrlik Qırğızıstandan Azərbaycana keçəcək və bu, Azərbaycanın türk dünyasındakı liderlik rolunun daha da möhkəmlənməsinə təkan verəcək. Naxçıvan müqaviləsinə əsasən, TDT-də müşahidəçi və tərəfdaş statusları da mövcuddur. 2021-ci ildə Türkmənistan, 2022-ci ildə Şimali Kipr Türk Respublikası müşahidəçi statusu alıb, 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatı TDT-də müşahidəçi kimi qəbul edilib. Bu, təşkilatın regional çərçivədən çıxaraq beynəlxalq siyasi və iqtisadi platformaya çevrildiyinin göstəricisidir.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see511

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see331

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see287

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see214

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see197

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see157

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see149

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see140

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see138

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see130

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see128

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri