TƏBİB “20 Yanvar”da doğulan körpə və anası ilə bağlı FOTO YAYDI
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında doğulan və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan körpə və anası bu gün evə buraxılıb.
Milli.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır.
Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə lazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlar verilib.
Xatırladaq ki, 08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən ana və körpəsinə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı yardım göstərilməsi üçün Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















