Icma.az
close
up
RU
TƏBİB: Bu il bir çox xəstəxanada yeni xidmətlər yaradılıb

TƏBİB: Bu il bir çox xəstəxanada yeni xidmətlər yaradılıb

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Cari il ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yeni xidmətlərin təşkili və mövcud xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl, sistemli işlər görülüb. Yeni Klinikada fəaliyyətə başlayan Robotik Reabilitasiya Mərkəzinin maddi-texniki təminatı məqsədilə mərkəz müasir standartlara uyğun bir sıra robotik və funksional reabilitasiya avadanlıqları ilə təchiz edilib”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə məlumat verib. Bundan əlavə o qeyd edib ki, Yeni Klinikada 7 vətəndaşa orqan transplantasiya əməliyyatları həyata keçirilib:
V.Qurbanov bildirib ki, xəstələrdən 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub. Qeyd olunan vətəndaşlar əməliyyatdan sonra da tərəfimizdən immunosupressiv dərman preparatları ilə mütəmadi təmin olunurlar.
Onun sözlərinə görə, eyni zamanda Kliniki Tibbi Mərkəzdə və Hacıqabul, Abşeron rayon mərkəzi xəstəxanalarında oftalmoloji əməliyyatların icrasına başlanılıb, Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının tərkibində Yenidoğulmuşların patologiyası və Yenidoğulmuşların reanimasiyası şöbələri, Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi yaradılıb:
“Sabirabad, Astara, Qobustan rayon mərkəzi xəstəxanalarında, Pirallahı, Xəzər tibb mərkəzlərində Avastin inyeksiyaları icra olunur. Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların icrası təmin edilib. Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji Mərkəz yaradılıb və burada eyni zamanda damar cərrahiyyəsi əməliyyatları həyata keçirilir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın FAKO üsulu ilə korreksiyası və intraokulyar linzanın implantasiyası əməliyyatlarına başlanılıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında beyin damarlarının angioqrafiyası icra olunur.
Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası və Sumqayıt, Sabunçu tibb mərkəzlərində də endoprotez əməliyyatları həyata keçirilir. Şəki Rayon Mərkəzi Xəstəxanasında endoskopiya müayinələrinin icrası təmin edilib.
İl ərzində ilkin, müvəqqəti dializ kateterlərinin qoyulması prosedurunu icra edən tibb müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin və qalıcı dializ kateterlərinin qoyulması icra olunur. Şəmkir, Masallı, Quba, Mingəçevir, Xətai, Nizami, Sumqayıt, Respublika Klinik Xəstəxanası, Respublika Kliniki Uroloji Xəstəxana və Mərkəzi Neftçilər Xəstəxanasında isə ilkin dializ kateterlərinin qoyulmasına başlanılıb”.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Dekabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri