TƏBİBin direktoru: “Gələn ildən kəndlərdə tibb məntəqələri qurulacaq”
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Kənd tibb məntəqələrinin vəziyyəti bizi narahat edir. Kənd tibb məntəqələrinin 80 faizinin vəziyyəti qənaətbəxş deyil.
Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, gələn ildən ölkə üzrə tətbiqi nəzərdə tutulan layihəyə başlanılır:
"Kəndlərdə məskunlaşan əhali sayına görə tibb məntəqələri qurulacaq. Bunların modul tipli məntəqələr olması və ya yenidən tikilməsi haqqında sürətli şəkildə qərar veriləcək".
Qurum rəhbəri Zaqatala, Şamaxı rayon mərkəzi xəstəxanalarının təmirə ehtiyacı olduğunu da əlavə edib.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
Baxış sayı:125
Bu xəbər 23 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















