Icma.az
close
up
RU
Təbiət idraka çağırır bizi

Təbiət idraka çağırır bizi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ekoloji muzeylər ana təbiətə övladlıq duyğusu yaradır

Ötən ilin noyabrında Azərbaycan paytaxtında böyük uğurla keçirilən COP29 konfransı bir daha göstərdi ki, bəşəriyyətin mövcudluğuna təhlükə ya­radan qlobal ekoloji problemlər plane­tar miqyaslı mübarizə hədəfinə çevrilib. Artıq əksər dövlətlər öz imkanlarını gözlənilən və addım səsləri eşidilən fə­lakətin cilovlanmasına səfərbər etmək məcburiyyətindədir.

Müsahibimiz AMEA Rəyasət Heyəti aparatının baş mütəxəssisi, sənətşünas­lıq üzrə fəlsəfə doktoru Nəzrin Cəfərova qlobal problemlər sırasında dünyada ekoloji durumun kəskinləşməsi ilə mü­barizədə “yaşıl” təbliğatın, ekoloji icti­mai filtr mexanizminin önəmini açıqla­yaraq bildirdi:

– Çağdaş dünyada qlobal problemlər dedikdə, əsasən, ekoloji böhran, enerji, ərzaq, içməli su çatışmazlığı, əhali artımı, nüvə silahının çoxalması, yeni xəstəliklər və epidemiyalar, mütəşəkkil cinayətkarlıq, narkoticarət, terrorizm, urbanizasiya kimi məsələlər nəzərdə tutulur. Bu problemlər bir-birilə sıx bağlıdır. Nəticədə, insanların texnogen fəaliyyəti nəticəsində ətraf mühit həyat üçün tədricən əlverişsiz mühitə çev­rilir. 

XX əsrin sonlarından başlayaraq su­yun, torpağın və havanın çirklənməsi­nin miqyası o qədər genişlənib ki, hər il minlərlə heyvan və bitki tələfatına gətirib çıxarır. Burada biz su ehtiyatlarının kəskin azalması, müxtəlif kimyəvi elementlər, hormon və antibiotiklərin istifadəsi nəti­cəsində kənd təsərrüfatı məhsullarının sağ­lamlıq üçün təhlükəli olması, ilbəil artan urbanizasiya, insan sıxlığı və sənayeləş­mənin yaratdığı həm ekoloji, həm fizioloji, həm də psixoloji mənfi təsirləri qeyd etmə­liyik. 

Təsadüfi deyil ki, XXI əsrin əvvəllə­rində bəşəriyyətin lazımi səviyyədə in­kişafı üçün elmi-texniki tərəqqinin əsas istiqamətlərinə ciddi humanitar nəzarətin zəruriliyi fikri irəli sürülür. Bu nəzarəti həm elmi ictimaiyyət, həm də cəmiyyə­tin özü həyata keçirməlidir. Bu yanaşma postneklassik elmi rasionallığın ayrılmaz hissəsidir. Bir çox inkişaf etmiş ölkələrdə alim və mühəndisin etik kodeksləri müza­kirə olunur. Əxlaqlı idrak problemi ortaya qoyulur ki, burada elmi və texniki ixtirala­rın səbəb ola biləcəyi zərərli nəticələri qa­baqcadan görərək onların qarşısını almaq məsələsi diqqət mərkəzində dayanır. 

Mütəxəssislər qeyd edirlər ki, hazırda elmi-texniki yaradıcılığın özü sosial ins­tituta çevrilib, buna görə də onu tənzim­ləmək və nəzarətdə saxlamaq mütləqdir. Texniki cəhətdən hər mümkün olanı hə­yata keçirmək olmaz. Alim və mühəndisin özünə nəzarət etmək qabiliyyətinin, habelə cəmiyyətin nəzarəti olmadan bu yaradıcı­lıq anti-ekoloji və anti-humanist hadisəyə çevrilə bilər. Elmi-texniki və innovativ fi­kirləri mütləq sosial filtrlərdən keçirmək lazımdır. Bu nəzarəti insanlar etməsə, onları təbiət özü icra edəcək. Dünyada baş verən kataklizmlər, təbii fəlakətlər yuxarı­da qeyd etdiklərimizin əyani sübutudur.

Sosioloqların fikrincə, qlobal problem­lər məhz insanların qəddarlığı, laqeydliyi nəticəsində yaranır. Belə olan halda ölkələ­rin təhlükəsizliyi, milli maraqların və in­san haqlarının qorunmasının təmin olun­ması yalnız hüquqi və siyasi amillərdən asılı deyil. Bu məsələdə həm fərdi, həm də ümumilikdə ictimai mədəniyyətin rolu danılmazdır. Belə ki, təhsil-tərbiyə sistem­lərinin formalaşmasında bədii ədəbiyyatın, incəsənətin insan təfəkkürünə təsiri mütləq nəzərə alınmalıdır. 

– Deməli, XXI əsrdə məhz mədə­niyyət sahəsində həyata keçirilən təşəb­büslər insana onu da anlatmalıdır ki, o, bütün dünyanın taleyi üçün cavabdehlik daşıyır. 

– Əlbəttə, mədəni inkişafın əsas və­zifəsi bəşəriyyətin sosio-mədəni zənginliyi və rəngarəngliyinin, mədəni müxtəlifli­yin qorunub saxlanılması və inkişafından ibarətdir. Bu, cəmiyyətin dayanıqlı inki­şafını şərtləndirən əsas amillərdən biridir. Beləliklə, qlobal problemlərin həlli ölkələ­rin bərabər şərtlərlə əməkdaşlığı, hərbi münaqişə və terrorizm təhlükəsinin aradan qaldırılması, sosial-iqtisadi və siyasi quru­luşu, mədəni ənənələrindən asılı olmaya­raq bütün dövlətlərin sülh və əmin-amanlıq şəraitində inkişafından asılıdır. 

Bəşəriyyət qarşısında yarana bilə­cək vəziyyətlə əlaqədar akademik Pyotr Kapitsanın belə bir sözləri indi daha çox aktuallıq kəsb edir: “Düşünürəm, elə bir gün gələcək ki, planetimizin bütün insan­ları vahid ictimai inkişaf qanununun qəbul edilməsinin zəruriliyini anlayacaq və bu­nun əsasında daha səmərəli və ədalətli ic­timai qurum yaradacaqlar”. Qeyd edilənlər utopik görünsə də, bəşəriyyət anlamalıdır ki, yaranan planetar problemləri yalnız bir­likdə həll edə bilər.

Qlobal problemlərin çözülməsinə yönələn yuxarıda sadaladığımız məsələlə­rin həlli elmi biliklərə əsaslanan cəmiyyət­lərin formalaşması və inkişafından asılıdır. Qlobal problemlərin həllinə yönələn əmə­li tədbirlərin həyata keçirilməsində elmi tərəqqinin əhəmiyyətli yeri var, elmi bi­liklər olmadan qarşıya qoyulmuş hədəflərə nail olmaq mümkün deyil.

– Müsahibimiz müasir dövrün qlo­bal çağırışlarını cavablandırmaqda multidissiplinar tədqiqatların aktuallı­ğının artdığını vurğulayaraq qeyd etdi ki, hədəfə alınan problemlərlə bağlı elmi biliklərin yaradılmasında akademik ins­titutlar və təhsil müəssisələri ilə yanaşı, sosio-mədəni institutlar olan muzeylər də iştirak edir:

– Muzey fəaliyyətinin əsas istiqamətlə­rindən biri məhz maarifçilikdir. İnformasi­ya axınının durmadan artdığı dövrümüzdə cəmiyyətin həqiqəti əks etdirən, dolğun və anlaşılan dildə təqdim olunan məlumatlara olduqca böyük ehtiyacı var. Universitetlər və elmi-tədqiqat müəssisələri ilə yanaşı, uzun illər boyu bəşəriyyətin təkamül təc­rübəsini toplayan və nümayiş etdirən mu­zeylər bu cür məlumatların əvəzolunmaz mənbələridir. 

Akademik müəssisələrdən fərqli olaraq muzeylər geniş ictimaiyyət üçün daha əl­çatan məkanlardır. Buna görə də muzeylə­rin tədris sahəsində imkanları çoxşaxəlidir, bu mədəniyyət ocaqları tarixi-mədəni irs obyektləri ilə ziyarətçilər arasında unikal vasitəçilərdir. Bu gün aktuallığı daha da yüksələn muzeylər sırasında ekomuzeyləri qeyd etmək mütləqdir.

Azərbaycanda ekomuzeylərin yaradıl­ması niyə zəruridir? Çünki ekomuzeylər regionun təbii və tarixi-mədəni sərvətləri­nin “canlı” kolleksiyasını təşkil edərək bu və ya digər ərazinin özünəməxsusluğunu nümayiş etdirir. Ekomuzeylər ətraf mühit üçün əlverişli texnologiyalar və mühərrik­siz nəqliyat vasitələrini təbliğ etdiklərinə görə burada piyada, velosiped, at, su və s. bu kimi marşrutlara üstünlük verilir. Onla­rın fəaliyyəti yerli icmaların mütləq iştirakı və yerli idarəetmə orqanlarının dəstəyinə əsaslanır, ekomuzeylər yerli əhalinin sosial rifahının mühüm dərəcədə yaxşılaşdırıl­masında böyük rol oynayırlar. 

Nəzrin Cəfərova onu da bildirdi ki, ekomuzeyin mahiyyətini ərazidə yer­ləşən və regionun unikallığını özündə ehtiva edən təbii və mədəni irs obyektləri təşkil edir. Bura tarixi-mədəni abidələr, yerli flora və fauna növlərinin yayılma arealları, regionun geoloji özünəməx­susluğunu nümayiş etdirən yerlər və s. daxildir. 

– Təbii və maddi mədəni irslə yanaşı ekomuzeylər dil, adət-ənənə, şifahi xalq ədəbiyyatı, musiqi, mətbəx və digər qey­ri-maddi mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi funksiya­sını da yerinə yetirir. Ekomuzeylər həm turizmin inkişafı, həm də yerli əhalinin sosial, iqtisadi, mədəni problemlərinin həl­linə yönələn təşəbbüslərdir. Təsadüfi deyil ki, ekomuzey konsepsiyasının müəllifi Jorj Anri Rivyer ekomuzeyləri həm “mə­kan, hərəkət və zaman” muzeyləri, həm də “icmanın özünü tanımaq üçün baxdığı güzgü və başqalarının onu tanıması üçün baxdıqları pəncərə” adlandırıb. Həmçinin bu təşəbbüslər “Yaşıl dünya naminə həm­rəylik ili”nə sanballı bir töhfə olar.

Çox vaxt ekomuzeylər milli, regional və ya beynəlxalq “yaşıl yollar”ın üzərində təşkil olunur. “Yaşıl yollar” təbii ekoloji dəhliz, çaylar, tarixi ticarət yolları, qədim dəmir yollarının və s. üzərində yaradılan təbii və mədəni irsin çoxfunksional marş­rutlarıdır. Bu marşrutlar özündə təbii və ta­rixi obyektləri, müxtəlif profilli muzeyləri, xüsusilə də ekomuzeyləri, sənət və etnoq­rafiya mərkəzlərini, turistlərin yerləşdiril­məsi üçün mehmanxana, istirahət bazaları və digər komponentləri birləşdirir. Turist marşrutunun proqramına müxtəlif festival­lar, idman yarışları, ekoloji bayramlar və s. hadisələr də daxil edilir.

Dünyanın bir sıra ölkəsində meşə dəhlizləri, bir çox ölkəni birləşdirən bey­nəlxalq yaşıl “kəmərlər” də yaradılıb. Bütün sadalanan təşəbbüslər ekoloji ta­razlığın, bu yolların üzərində yerləşən tarixi-mədəni irs obyektlərinin qorunma­sına yönəlib. Bu baxımdan Azərbaycanın potensialını nəzərə alaraq ölkəmizdə sö­zügedən məkanların, yolların yaradılması olduqca aktual bir məsələdir.

Sənətşünas daha sonra söylədi ki, bir dəfəyə Azərbaycanın bütün fiziki-coğ­rafi rayonlarını əhatə etmək mümkün deyil. İlk növbədə, “yaşıl yolların” təş­kilinin harada daha səmərəli olacağını öyrənmək, bu marşrutların üzərində yerləşən kəndləri, əhali sayını və möv­cud infrastrukturu nəzərə alaraq, eko­muzeylərin hansı ərazilərdə yaradılaca­ğını müəyyən etmək lazımdır:

– Qarabağ bölgəsində aparılan quru­culuq işləri və gələcək məqsədləri nəzərə alaraq biz, ekomuzeylərdən bir neçəsinin məhz burada yaradılmasını məqsədəuyğun hesab edirik. Bu, bölgəyə turist axınının çoxalması və bununla da ekoturizmin in­kişafı ilə yanaşı, yerli əhali üçün çoxsaylı iş yerləri, bioloji müxtəlifliyin qorunması, yerli iqtisadiyyat və bütövlüklə respubli­kamızda kreativ iqtisadiyyatın inkişafına gətirib çıxaracaq. 

Təbii ki, Quba-Qusar, Oğuz-Qəbələ, Lənkəran-Astara, Naxçıvan və digər böl­gələr də sözügedən təşəbbüslər üçün ol­duqca əlverişlidir. Ekoturizmlə yanaşı, “yaşıl yollar”ın fəaliyyəti idman, dağ və çay, bütövlüklə rekreasiya turizmi, mədəni irsin təbliğini də nəzərə alsaq, habelə mə­dəni-dərketmə turizminin genişlənməsinə təkan verən amillərdir. 

Regional və beynəlxalq “yaşıl yollar”ın tərkib hissəsinə çevrilmək isə Azərbaycana daha çox gəlir imkanları bəxş edərək həm­çinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da böyük rol oynayacaq. Cari ilin ölkəmizdə birbaşa ekoloji mühitin qorunması ilə əlaqədar olduğunu nəzərə al­saq, bir daha vurğulamalıyıq ki, bu kimi la­yihələr olduqca böyük aktuallıq kəsb edir.

Bir məsələni xüsusi qeyd etmək istər­dik. Azərbaycanda əsrlər boyu mövcud olan tolerantlıq və multikulturalizm prin­siplərinə əsaslanan birgəyaşayış təcrübəsi dünyada tanınaraq başqalarına hətta nü­munə kimi göstərilir. Ekomuzeylər xalqla­rın yaxınlaşmasına, mədəniyyətlərarası di­aloqa yönələn təşəbbüslərdir. Bunu nəzərə alaraq müxtəlif xalqların (molokanlar, ingiloylar, udinlər, xınalıqlar və s.) sıx ya­şadığı ərazilərdə belə muzeylər yaratmaq­la həm yerli icmaların inkişafına, həm də ölkəmizin etnik palitrasının daha yaxşı ta­nınması və müxtəlif mədəniyyətlərin daha geniş təbliğinə nail olarıq.

Şübhəsiz ki, ekoturizmin sürətli inkişaf etdiyi, habelə insanların digər mədəniyyət­lərə, adət-ənənələrə qarşı marağının artdığı bir dövrdə müxtəlif xalqların mədəniyyətini özündə əks etdirən ekomuzeylərin yaran­ması və bu muzeyləri əhatə edən turistik marşrutların təşkili ölkəmizə çoxsaylı tu­ristləri cəlb edəcək. Bu isə ölkə başçısının COP29-un açılış mərasimində qeyd etdiyi “neftdən asılı olmayan gəlirlərin” əldə olun­masına yönələn daha bir addım olacaq.

Beləliklə, fəaliyyətinin əsas istiqamət­lərindən birinin məhz ekoloji maarifçilik olduğunu nəzərə alaraq qeyd etməliyik ki, ekomuzeylərin ölkəmizdə yaradılması ol­duqca böyük aktuallıq kəsb edir. Bu, həm qlobal problemlərin həllinə yönələn mul­tidissiplinar tədqiqatların aparılması, həm əhalinin ətraf mühitə və onun qorunmasına qarşı həssas münasibətinin formalaşması, həm də yerli icmaların gələcək inkişafında mühüm rol oynayacaq.

Müsahibəni hazırladı: 
T.RÜSTƏMLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 03:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see205

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see194

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see190

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see141

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see137

Husilər partadılan elektrik stansiyasını bərpa etməyə başlayıblar

17 Avqust 2025 12:13see136

Azərbaycanın daha bir rayonunda dəbdəbəli yas verilməsi ləğv edilib

17 Avqust 2025 15:06see133

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see130

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see127

Böyük uğur qazanacaq 4 bürc Xəyalları gerçəkləşəcək

17 Avqust 2025 16:37see125

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see125

Pol Qoblun nəzərə almadığı reallıq

17 Avqust 2025 10:53see123

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see123

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see123

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see121

Uşaqlar üçün kompüter oyunları təhlükəlidir?

17 Avqust 2025 18:27see120

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see119

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see116

Dilarə Əliyeva qızı və nəvəsinin görüntüsünü paylaşdı

17 Avqust 2025 21:30see115

Qarabağ bu xəritələr əsasında bərpa edilir Video

17 Avqust 2025 18:03see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri