Icma.az
close
up
RU
Təbii gözəlliyi olan qızlara təsir edirlər

Təbii gözəlliyi olan qızlara təsir edirlər

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə sosial media təsiri ilə insanların bir-birinə bənzəmək istəyi getdikcə güclənir. Xarici görünüşdən davranış tərzinə qədər eyni şablonlara uyğunlaşmaq bir növ “ideal obraz” yaratmaq cəhdinə çevrilib. Bu meyl fərdiliyin arxa plana keçməsinə və şəxsi gözəlliyin itirilməsinə səbəb olur.

İnsanlar niyə bənzər görünmək istəyir? Bu standartlara uyğunlaşmayan insanlar cəmiyyətdə özlərini necə hiss edirlər?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bu vəziyyətin kökünün süni gözəllik standartlarının yaradılmasında dayandığını deyib. 
Onun sözlərinə görə, normal görünüşü anormal göstərib, qeyri-təbii dəyişiklikləri isə adi hala çevirərək elə bir mühit formalaşdırdılar ki, indi dünyada insanlar təbii üz cizgilərinə və doğuşdan gələn gözəllik xüsusiyyətlərinə malik olanları qəribə və fərqli hesab edirlər: 


“Halbuki əvvəllər hər qızın özünəməxsus gözəl siması vardı. Birinin yanağındakı qəmzə, digərinin qönçə kimi dodaqları, başqasının kaman qaşları, birinin yumru üzü, digərinin isə sivri çənəsi onun fərqli gözəllik nişanəsi idi. Bizi bir-birimizdən ayıran, yadda saxlanılan əsas cəhət də məhz bu idi. Hansısa bir qız və ya qadın haqqında danışarkən, dərhal onun üzündəki bu xüsusi cizgilər göz önünə gəlirdi. Tarixən də poeziyada, şeirlərdə, təcnislərdə və qoşmalarda şairlər öz qəhrəmanlarını məhz belə spesifik gözəllikləri ilə təsvir ediblər”.

Sosioloq indi vəziyyət tam fərqli olduğunu bildirirək qeyd edib ki, hər on qızdan səkkizi bir-birinin eynisidir: 


“Əksəriyyətində eyni burun, oxşar dodaq forması, itiləşdirilmiş çənə və gicgahlara qədər dartılmış gözlər var. Elə bir standart yaradılıb ki, gözəllik anlayışı tamamilə şablonlaşaraq insanları bir-birinə oxşatmağa başlayıb. Artıq o xüsusi, təbii gözəllik daşıyan qızlar barmaqla sayılacaq qədər az qalıb. Təəssüf ki, indi elə bir dövrdəyik ki, estetik müdaxilələrə maraq yaşı 16-17-yə qədər enib. Əgər bu qədər gənc qız süni üsullarla gözəllik axtarışına çıxırsa, burada ciddi təhlükənin olduğunu dərk etməliyik”.

L.Mehralı vurğulayıb ki, daha da acısı, təbii gözəlliyi olan qızlara da bu standartları təlqin etməyə çalışırlar: 

“Məsələn, bir qızın dodaqları incədirsə, ətrafındakılar ona israrla dodaqlarını dolğuyla böyütməyi məsləhət görür, durmadan dodaqlarının kiçik olduğunu deyərək onu kompleksə salırlar. Başqa bir qızın yumru çənəsi varsa, mütləq şəkildə ona çənəsini sivriləşdirməyi tövsiyə edirlər, ta ki həmin qız öz çənəsindən utanana qədər. İradəsi möhkəm, öz fərqliliyini sevən insanlar bu tələyə düşmür. Lakin kimlər ki zəif iradəlidir, yaxud ətrafın fikrini həddindən artıq önəm verir, belə qızlar tezliklə bu cərəyanın təsirinə düşür və süni gözəllik bazarının potensial müştərisinə çevrilir”.

Fidan Hacızadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri