Icma.az
close
up
RU
Təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır

Təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Azərbaycan iqtisadiyyatında son illərin mühüm istiqamətlərindən biri qeyri-neft sektorunun imkanlarının genişləndirilməsidir.

Axar.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu siyasətin mərhələsini müəyyənləşdirir:

“Burada təbii resursların səmərəli istifadəsi, müasir sənayenin formalaşdırılması və dəyərin ölkə daxilində artırılması bir-birini tamamlayan məqsədlər kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri proqramın konkret zaman çərçivəsinə və maliyyə təminatına malik olmasıdır. 2027–2030-cu illər üçün nəzərdə tutulan tədbirlər mərhələli şəkildə həyata keçiriləcək. Dövlət başçısının vurğuladığı kimi, son dövrdə qəbul olunan dövlət proqramlarının fərqləndirici cəhəti onların konkret, qısamüddətli və icra mexanizmlərinin əvvəlcədən müəyyənləşdirilməsidir. Bu yanaşma dağ-mədən və metallurgiya kimi böyük investisiya tələb edən sahə üçün xüsusi əhəmiyyət daşıyır.

Proqramın qarşıya qoyduğu hədəflər bu sahənin ölkə iqtisadiyyatındakı rolunun necə dəyişəcəyini göstərir. Qarşıya qoyulmuş məqsədlər üçün dörd il ərzində 5,3 milyard manat investisiya tələb olunur. Bu miqyas dağ-mədən və metallurgiyanın iqtisadi siyasətin mühüm sənaye istiqamətinə çevrildiyini göstərir”.

Millət vəkili Prezident İlham Əliyevin yeni sənaye ekosisteminin yaranması barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini xüsusi vurğulayıb:

“Dağ-mədən sektorunun inkişafı hasilatla yanaşı, zənginləşdirmə, emal, logistika, enerji təminatı və digər əlaqəli sahələrdə də iqtisadi fəallığın yüksəlməsinə şərait yaradacaq. Prezidentin çıxışında beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması proqramın sosial-iqtisadi əhəmiyyətini göstərir. Regionlarda yeni məşğulluq imkanlarının yaranması sənaye layihələrinin ərazi inkişafına təsirini artıracaq. Bu proses ölkənin əvvəlki illərdə formalaşdırdığı infrastruktur və institusional imkanlar üzərində qurulur. Enerji təminatının gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, maliyyə, vergi və gömrük sistemlərində aparılan islahatlar yeni sənaye layihələri üçün əlverişli mühit yaradıb. Deməli, Dövlət Proqramı uzun illər ərzində həyata keçirilən iqtisadi siyasətin yeni nəticə mərhələsidir. Dövlət başçısının çıxışının ümumi məntiqi göstərir ki, Azərbaycan iqtisadiyyatında təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır. Məqsəd mövcud imkanları yalnız hasilat göstəriciləri ilə ölçmək deyil, onların ölkənin sənaye gücünün artırılmasına xidmət etməsini təmin etməkdir. 2027–2030-cu illər üçün nəzərdə tutulan proqram məhz bu baxımdan qeyri-neft sənayesinin möhkəmləndirilməsi, yeni istehsal imkanlarının yaradılması və iqtisadi artımın daha geniş bazaya söykənməsi istiqamətində mühüm addım kimi diqqəti cəlb edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Sentyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri