Icma.az
close
up
RU
Təbii yolka almaq istəyənlərin diqqətinə QİYMƏTLƏR

Təbii yolka almaq istəyənlərin diqqətinə QİYMƏTLƏR

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni il yaxınlaşdıqca ölkədə bayram hazırlıqları sürətlənir, insanlar isə ənənəvi olaraq evlərini bəzəmək üçün yolka almaq təlaşına düşür. Adətən, süni yolkalar daha çox seçilsə də, son illər təbii yolkalara olan maraq da nəzərəçarpacaq dərəcədə artıb. Evdə daha real, daha canlı bayram ab-havası yaratmaq üçün təbii yolkalara üstünlük verənlər də az deyil.

“Yeni Sabah” xəbər verir ki, Yeni il ərəfəsində süni yolkalarla yanaşı, təbii yolka satışı ilə də məşğul olanlar var və bu sahəyə maraq ildən-ilə artır.

Təbii yolka satışı ilə məşğul olan obyektlərdən biri Binəqədi-Novxanı yolunda, "Gənclər Şəhərciyi" ərazisində yerləşir.

Satış həyata keçirən Nicat Zərbəliyev bildirib ki, alıcıların təbii yolkalara tələbatı son günlərdə xeyli artıb.

Onun sözlərinə görə, təbii yolkaların yaratdığı hiss süni yolkalarla müqayisə edilməz:

“Təbii yolka həm canlı təmasdır, həm də ətri evə xüsusi rahatlıq verir. İnsan evdə sanki meşənin bir hissəsini hiss edir. Bu duyğunu süni yolka vermir”.

Satıcı qeyd edib ki, satılan ağaclar orijinal “Kreml” şam ağaclarıdır və görünüşcə sıx, parlaq, iynələri tökülməyən premium keyfiyyətə malikdir.

O, qeyd edib ki, hazırda satışda olan təbii yolkalar müxtəlif ölçülərdədir və qiymətləri fərqlidir: 1,50 metr olan yolka 320 manata, 1,70 metr 340 manata, 1,80 metr 360 manata təklif olunur. Daha böyük ölçülərdə isə 2 metr hündürlüyə malik ağaclar 400 manata, 2,30 metr olanlar isə 450 manata satılır. Satıcı qeyd edir ki, Yeni il ərəfəsində tələbat artdığı üçün bu ölçülər ən çox sifariş verilən variantlar hesab olunur.

O bildirib ki, bayrama az qaldıqca satışlar daha da artır və müştərilər çox vaxt evdə təbii yolka qurmaq üçün əvvəlcədən sifariş verir.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Dekabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri