Icma.az
close
up
RU
Təbrizdə Aşura: Qoçəli Hüseyn Qəhvəçidən qisas aldı

Təbrizdə Aşura: Qoçəli Hüseyn Qəhvəçidən qisas aldı

Icma.az bildirir, Axar.az portalına istinadən.

Uşaq vaxtı Təbrizdə olanda məhləmizdə Hüseyn Qəhvəçi (çayxanaçı) adlı bir dələduz var idi. Adam həm də o vaxt yeni qurulan molla rejiminə, SEPAH-a bağlı olduğuna görə il boyu çəkinmədən bütün alçaqlıqları edər, qonum-qonşuya ilişər və işverənliklə məşğul olardı.

Bütün bu şərəfsizliklərinə baxmayaraq, Hüseyn Qəhvəçi orucluq və Məhərrəm aylarında qara köynək geyinər, oruc tutar, əzadarlıq mərasimlərində dəstə başı kimi əlində qılınc meydan sulayar, nöhvə deyib, mərsiyə oxuyardı.

O, xüsusən Aşura günü dini şeirlər oxuyub qılıncla baş yarması ilə məşhurlaşmışdı. Qəhvəçi Hüseyn əsasən başını dibdən qırxdırdığı üçün onun başında olan saysız çapıqlar və yara izləri görünüşünü daha da qorxulu edirdi.

Məhlədə yaşayan Qoçəli adlı ağsaqqal musiqiçi isə Hüseyn Qəhvəçinin əlindən ən çox əziyyət çəkən adam idi. Qoçəli illər boyu saz, qaval və balaban çalıb ailəsini dolandırmış, iki oğlunu, bir qızını oxudub evləndirsə də, qoca vaxtında molla hakimiyyətinin qadağaları və Hüseyn Qəhvəçinin işverənliyi səbəbindən işsiz qalmış, məişət problemləri və məhdudiyyətlər ucbatından bir dəfə də intihara cəhd etmişdi.

Buna görə də köhnədən orada yaşayan məhlə adamları Qoçəlini qapalı və gizli şəkildə keçirdikləri şənlik, nişan və toy mərasimlərinə dəvət edər, onun qorxa-qorxa etdiyi qısa ifalarına görə daha yüksək əmək haqqı ödəyərdilər.

Həmin məclislərin birindən xəbər tutmuş Hüseyn Qəhvəçi Qoçəlini iş başında, qaval çalıb mahnı oxuduğu yerdə tutdurmuş və camaatın gözü qarşısında qoca kişiyə 60 şallaq vurulmasına bais olmuşdu.

Qoçəli məhlə adamları ilə söhbətində bunu Hüseyn Qəhvəçiyə bağışlamayacağını desə də, kimsə onun Hüseynə bata biləcəyinə, ondan qısas alacağına inanmamışdı.

Uzun sözün qısası, səhv etmirəmsə, 1981-ci ilin Aşura günündə Hüseyn Qəhvəçi növbəti dəfə baş yarmağa hazırlaşdığı vaxt, adətinə uyğun olmayaraq və heç kimin gözləmədiyi bir halda Qoçəli də həmin mərasimə qatılır.

Əynində ağ kəfən, əlində balaca qəmə baş yarmağa hazırlaşan Qoçəlini görənlər şok olur, kişinin qoca vaxtında səfehlədiyini düşünür, onu başını yarmamağı xahiş etsələr də, Qoçəli qəbul etmir.

Xülasə, mərasim başlayır və Hüseyn Qəhvəçi qadın və qızların da mərasimə qıraqdan baxmaq üçün toplaşdığını görüb cuşa gəlir.

O, “Hüseynə yerlər ağlar, göylər ağlar” deyib qılıncı ehtiyatla başına endirmək istəyəndə, Qoçəli uca səslə “hamıdan çox da Hüseyn Qəhvəçi ağlar” deyib, Hüseyni daha da coşdurur.

Qoçəlinin bu mədhindən cuşa gələn və qız-gəlinlərin qorxduqları üçün qışqırtı səsindən özünü itirib və daha çox coşan Hüseyn Qəhvəçi qılıncı təpəsinə necə qoyursa, elə qılınc başında huşunu itirib yerə yıxılır.

Bunu görən qoca Qoçəli də əlindəki kiçik qəməni qırağa atıb, kəfənini çıxarıb Hüseynin başına sarıyır.

Başı qılınclı Hüseyn Qəhvəçi xəstəxanaya çatdırılsa da, Qoçəli və bütün məhlə sakinlərinin arzusuna uyğun olaraq, onun həyatını xilas etmək mümkün olmur.

Hadisənin üstündən bir neçə gün keçdikdən, Qəhvəçi Hüseynin daha işverənlik edə bilməyəcəyindən arxayın olduqdan sonra xüsusi məclislərdən birində qaval çalan Qoçəliyə başını niyə yarmadığını soruşurlar. Qoca qavalçının cavabı isə o vaxtlar üstünə qoyula-qoyula, şişirdilə-şişirdilə Təbrizin bir çox yerlərində “Qoçəlinin Hüseyn Qəhvəçidən qısası” kimi danışılan lətifəyə çevrilmişdi:

"Qəməni başıma endirmək istədiyim vaxt, naməlum bir səs qulağıma pıçıldadı ki, ya Qoçəli, sən İmam Hüseyn uğrunda Hüseyn Qəhvəçi kimi baş yarmaq səviyyəsinə çatmayıbsan, bir az da döz, özünü inkişaf etdir, günahlarının bağışlanması üçün dua et, sonrasına baxarıq!”

Əlbəttə ki, məhlədə doğru-düzgünlüyü, mədəniliyi ilə tanınan Qoçəli bu məsələdə yalan danışırdı.

Hüseyn Qəhvəçi başına qılıncı endirdiyi vaxt Qoçəli heç əlində tutduğu mətbəx bıçağı boyda qəməni tərpətməmişdi də.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 İyun 2026 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri