Təbrizdə Bulud Qaraçorlunun 100 illiyi münasibətilə tədbir təşkil olundu
Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.
İranın Təbriz şəhərində Mirzə Əli Siqqətülislam evində (Nizami Gəncəvi adına ədəbiyyat və kültür mərkəzi) görkəmli şair Bulud Qaraçorlunun anadan olmasının 100 illiyinə həsr onunan tədbir keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən tanınmış lüğətşünas-alim Həsən Umudoğlu şairin yaradıcılığından danışandan sonra onun əsərlərinin təbliği üzrə etdiyi tədrisdən bəhs edib:
"25 il ömrümü Səhəndin təbliğinə və onun əsərlərinin geniş oxucu kütləsinə çatmasına, şeirlərində işlətdiyi müxtəlif sözlər üzərində açıqlamasına həsr etmişəm. Həftələrlə Marağa şəhərinin avtovağzalında oturub şəhər sakinlərindən yerli sözlərinlərin mənasını soruşmuşam. Səhəndin əsərlərində axtarıb tapmadığım söz qalmayıb. Mən Səhəndin əsərləri üzrə dərs demişəm".
Tədbirin təşkilatçılarından olan yazıçı, tənqidçi Şahin Muradi isə Bəxtiyar Vahabzadənin Səhəndə yazdığı şeiri səsləndirib.
Şair Arəş Sai, yazıçı Məhəmməd Qəzayi, tədqiqatçı Əhməd Yusifi və "Qürub" dərgisinin baş redaktoru Rza Həmraz Bulud Qaraçorlunun yaradıcılığına müxtəlif cəhətlərdən yanaşıblar.
Qeyd edək ki, tədbirin aparıcısı Rüqiyyə Humayun olub.
Dövrümüzün ən bahalı rəsm əsərlərinin müəllifi vəfat etdi Hər kim yüz il yaşamasa... - Osman Sarivəlli Mirələm Mirələmova ağır itki
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 04 İyul 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















