Icma.az
close
up
RU
Təbrizdəki konsulumuzun öldüyü qəza təxribatdır? SENSASİOAN AÇIQLAMA

Təbrizdəki konsulumuzun öldüyü qəza təxribatdır? SENSASİOAN AÇIQLAMA

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qəzanın təxribat olub-olmamasını demək çox çətindir. Mən sosial şəbəkələrdən və mətbuatdan qəzaya uğrayan avtomobilin fotolarına baxdım. Maşının bu şəkildə qəzaya uğraması müəyyən suallar yaradır”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Prezident yanında Xüsusi İdarənin keçmiş rəisi, ehtiyatda olan polkovnik Cavanşir Vəliyev deyib.

İran polisindən diplomatımızın ölümü ilə bağlı AÇIQLAMA - FOTO

O bildirib ki, konsul Ramil İmranovun həlak olduğu avtoqəza adi qəzaya oxşamır:

“Ümumiyyətlə burada 2 versiya var: ya konsulumuzu öldürmək istəyiblər, ya da sadəcə avtoqəzadır. Üçüncü versiya yoxdur. Birinci versiyanın olma ehtimalını gücləndirən əsas səbəb ondan ibarətdir ki, qəzada həlak olan Ramil İmranov adi adam deyil, Azərbaycanın Təbrizdəki konsuludur. Mən uzun müddət İran xəttində işlədiyim üçün, sovet dövründə Cənubi Azərbaycanla bağlı bir sıra proseslərə bələdəm. Azərbaycanlılar arasında hər dövrdə Təbriz mövzusu aktual və emosional olub. Mayın 23-də baş verən hadisənin fotolarını ağlı başında olan kimə göstərsən deyər ki, bu adi qəzaya oxşamır. Amma təbii ki, hadisə araşdırılacaq və tam dəqiq səbəb sonda məlum olacaq. Lakin təəssüflər olsun ki, 2023-cü ildə Tehrandakı səfirliyimizə edilən hücumu İran tərəfi düzgün araşdırmadı. Həmin hadisə zamanı İran polisinin müdaxilə etməməsi hələ də müəmmalı olaraq qalır. Biz qəza ilə bağlı detalları bilmədiyimiz üçün tam dəqiq qiymət vermək düzgün olmaz”.

Azərbaycan təhlükəsizlik orqanlarının vaxtı ilə İran üzrə ixtisaslaşmış əməkdaşı olan ehtiyatda olan polkovnik vurğulayıb ki, İran tərəfi hadisəni düzgün və obyektiv araşdırmalıdır:

“İranda müharibə gedir, biz bunu anlamalıyıq. ABŞ İranı vurmağa hazırlaşır, ərəb dövlətləri isə İranın düşmənidir. Bu ölkədə bizim 30 milyon soydaşımız yaşayır. Bütün bunları nəzərə alaraq, baş verən hadisəyə heç bir sübut olmadan qiymət vermək düzgün deyil. Biz buna doğru yanaşmalıyıq. Ümid edək ki, İran tərəfi hadisəni dəqiq və ədalətli foromada araşdıracaq. Ümumiyyətlə avtoqəzaya bir çox nüans səbəb ola bilər. Ola bilsin ki, sürücünün səhhətində hər hansı problem olub. Azərbaycanın özündə yezlərlə, minlərlə belə qəzalar baş verir”.

Xatırladaq ki, mayın 23-də Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil İmranov faciəvi şəkildə dünyasını dəyişib. Azərbaycan XİN-dən verilən rəsmi məlumata görə, diplomat Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında idarə etdiyi xidməti avtomobillə ağır yol-nəqliyyat qəzasına uğrayıb. Qəza nəticəsində konsul Ramil İmranov həlak olub. Onun cəzanzəsi Azərbaycana gətirilib və Göyçay rayonunun Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 May 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri