Təbrizi vuranın əli qurusun Sərvaz Hüseynoğlunun şeiri
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sərvaz Hüseynoğlu,
“Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, şair.
***
Ruhu nigarandı şah babamızın,
Dili quruyubmu el-obamızın?
Şair qardaşlarım, barı siz yazın-
Təbrizi vuranın əli qurusun.
Adlyla dost tutub, bazar quranın,
Yoluyla at sürüb, maşın yoranın,
Xoş gündə mənimdi deyib duranın
Bir də Təbriz desə dili qurusun.
Üzündə qalıbdı Bakımın əli,
Bəllidi fırladan bu ağır vəli,
Min yerdən çatlayır Gəncəmin dili-
Təbrizi vuranın əli qurusun
MİA.AZ
Baxış sayı:39
Bu xəbər 15 İyun 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















